Uels şahzadəsi okeanı qorumaq problemini daha əvvəl qarşılaşılmayan problem kimi təsvir edib.

Şahzadə bu sözləri Monakoda keçirilən Blue Economy and Finance forumunda dilə gətirib. Monako krallıq ailəsinin adını daşıyan Qrimaldi Forumunda Şahzadə həm ingilis, həm də fransız dillərində çıxış edərək risk altında olan məsələlərə toxunub.
"Həqiqət budur ki, okeanlar yer üzündəki bütün canlılar üçün vacibdir. Onlar dünyada oksigenin yarısını istehsal edir, iqlimimizi tənzimləyir və üç milyarddan çox insana qida təmin edir", – deyə o bildirib.
Kensinqton Sarayı Şahzadə Uilyamın çıxışını “əlamətdar bir müdaxilə” kimi qiymətləndirib və çıxışı belə təsvir edib: "Şahzadə Uilyam öz nüfuzundan okeanlar üçün real dəyişiklik yaratmaq və investisiyaları cəlb etmək məqsədilə istifadə edib".
Fransanın cənubunda səfərdə olarkən Şahzadə Kosta-Rikanın Prezidenti Çaves, Fransanın Prezidenti Emmanuel Makron və okean layihələrinin fəal dəstəkçisi olan Monako Şahzadəsi II Albertlə görüşüb.
Şahzadə Uilyam həmçinin bağlanmış qapılar arxasında keçirilən və yalnız ekspertlərin və investorların iştirak etdiyi xüsusi sessiyada da iştirak edəcək.
Mənbə: BBC
Tərcümə etdi: Rəna Qarayeva
