Bu gün:

Lavina Fisher hekayəsi


Əgər bir gün yolunuz Charleston, Cənubi Karolinaya düşsə və bir ruhlar turuna qatılsanız, çox güman ki, Lavinia Fisher haqqında dəhşətli bir hekayə eşidəcəksiniz.

1819-cu ildə Lavinia Fisher və əri Con Charlestonun altı mil şimalında bir mehmanxana idarə edib. Fisher cazibədar və gözəl bir qadın kimi tanınıb, lakin onunla bərabər olan insanlar qəribə dərəcədə sərt və təhlükəli olub. O, tez-tez kişi qonaqlarla flirt edər, onları əyləndirər və yatmazdan əvvəl onlara xüsusi bir çay təklif edərdi. Bu onun öz qarışığı olub, içində gizli bir tərkib var idi: zəhərli oleandr. Bu çay kişiləri yuxuya aparir və sonra əri onları bıçaqlayaraq öldürür, birlikdə cəsədləri zirzəmiyə atırlar. 

Heç kim Six Mile House adlanan bu yerdə kişilərin itməsi ilə bağlı nə baş verdiyini anlaya bilməyib, ta ki Con Piplz adlı bir qonaq çayı içmək istəmədiyi üçün bu ölüm tələsindən qurtulana qədər.

Həbs edildikdən sonra Fisher və əri edama məhkum edilib. Lavinia hakimə evli bir qadını asa bilməyəcəyini dedikdə, hakim ona cavab verib: "Elə isə, əvvəlcə Conu asarıq". Edam günü Lavinia toy libasında çıxış etməyi tələb edib. Gəlin paltarında olan bu qadın edam meydanına könüllü şəkildə getmək istəməyib. O, qışqırıb, ağlayıb, əfv üçün yalvarıb. Lakin ümidinin puç olduğunu anlayanda, onun gözəl sifəti qəzəblə qaralıb. Asılmadan əvvəl camaata son bir söz deyib: “Əgər cəhənnəmə göndəriləsi bir mesajınız varsa, onu mənə verin, özüm çatdıraram!” Və bu günə qədər onun intiqam dolu ruhunun Charlestonun Köhnə Şəhər Həbsxanasında dolaşdığına inanılır. Dəhşətli bir hekayədir. Amma demək olar ki, hamısı uydurmadır. Lavinia Fisher doğrudan da asılıb, lakin qətl səbəbi ilə yox, yolkəsənlik (karvan soyğunçuluğu) səbəbi ilə. Və toy libasında da asılmayıb. Əslində, geyinəcək toy paltarı da olmayıb, çünki evi yandırılıb. Bəs necə oldu ki, sadəcə bir yolkəsən qadın "Amerikanın ilk qadın serial qatilinə" çevrilib?

Lavinia Fisherin 1819-cu ildə tarix səhnəsinə çıxmasından əvvəlki həyatı barədə demək olar ki, heç bir sənədli məlumat yoxdur. Buna görə onu tanımaq üçün onu əhatə edən mühiti anlamaq lazımdır, yəni Charlestonun kənarlarını.

19-cu əsrin əvvəllərində Charleston əhali sayına görə ABŞ-də Nyu-Yorkdan sonra ikinci ən böyük şəhər olub. 1788-ci ildə ştatın paytaxtı Kolumbiyaya köçürülsə də, Charleston bir çoxları üçün hələ də daha üstün sayılıb. Liman şəhəri olan Charleston həm karvanlar, həm də gəmilər üçün vacib ticarət mərkəzi olub. O cümlədən, burada qulların alqı-satqısı da geniş yayılıb. 1790–1820-ci illərdə, yəni bu hekayənin baş verdiyi dövrdə, şəhər əhalisinin yarıdan çoxunu kölə və azad rəngli insanlar təşkil edib. ABŞ-də o dövrdə kölə sahiblərinin azlıq təşkil etdiyi yeganə şəhər olub.

Şəhərin sərvəti isə bir ovuc elitanın əlində olub. Maurie D. McInnisin “The Politics of Taste in Antebellum Charleston” kitabına görə, "Antebellum dövrü boyu əhalinin yalnız 4%-i şəhərin sərvətinin 50%-dən çoxuna sahib olub." Üstəlik, 1812-ci il müharibəsindən sonra ABŞ iqtisadi tənəzzülə uğrayıb və bu vəziyyət 1819-cu il Panikası ilə nəticələnib, bəzi iqtisadçılara görə bu, Amerikanın ilk Böyük Depressiyası sayılır. Bu sosial və iqtisadi gərginlik fonunda Charleston soyğunçular üçün ideal bir hədəf olub. Şəhərə gələn tacirlər, həm yolda malları oğurlanaraq, həm də geri dönərkən qazancı əllərindən alınaraq soyğunçular tərəfindən təqib olunub. Bu soyğunçuluqlar o qədər yayılıb ki, şəhər sakinləri ticarətin zərərə uğrayacağından qorxmağa başlayıb.

1819-cu ildə Charlestonun altı mil şimalında yerləşən Six Mile House adlı bir dayanacaq evi bu tacirlərin istirahət yeri olub. Və məhz burada Lavinia və Con Fisherin adı hallanmağa başlayıb.

1819-cu il fevralın 19-da bir qrup ağdərili kişi son zamanlar yol soyğunlarının çoxalmasından narahat olaraq, hadisələrin qarşısını almaq üçün özləri tədbir görməyə qərar veriblər. Onlar Six Mile House-a gedərək binadakıları çıxarıb orada axtarış aparıblar. Sonra orada David Ross adlı bir nəfəri gözətçi kimi qoyub növbəti hədəfə keçiblər. Rossun dediyinə görə, daha sonra William Hayward gəlib onu evdən çıxmağa məcbur edib. Con və Lavinia Fisher də gələrək onu döyüb, Lavinia onun başını pəncərədən keçirib. Ross qaçmağı bacarıb, lakin arxasınca atəş açılıb.

Bir neçə gün sonra Con Piplz adlı bir kişi evə gəlib atlarını sulamaq istəyib. Onun dediyinə görə, 9-10 silahlı şəxs tərəfindən hücuma məruz qalıb. Qadın da onlardan biri olub. Piplz döyülüb, lakin vaqonu ilə qaçmağı bacarıb. Sonradan Hayward, Con və Lavinia Fisheri tanınıb. Bu məlumatlarla silahlanmış şerif dərhal onları həbs edib. Axtarış zamanı itkin düşən bir inəyə aid dərini də tapıblar. Evi yandıraraq sübutları məhv ediblər. Lavinia və Con birgə kamerada saxlanıblar və hətta sentyabrda yorğanlardan ip düzəldib qaçmağa da cəhd ediblər. Lakin ip qırıldıqda Con Lavinianı tərk edə bilməyib.

1820-ci il yanvarın 17-də Con və Lavinia David Rossla bağlı ağır təcavüz və qəsdən adam öldürməyə cəhd ittihamlarından və Con Piplzə qarşı yol soyğunçuluğu səbəbilə edama məhkum ediliblər. Yol soyğunçuluğu ölüm hökmü ilə cəzalandırılıb.

Edam öncəsi Con bir protestant pastorla dua edib, Lavinia isə heç bir dini təsəlli qəbul etməyib. Əfv olacağına ümidlə gözləyib. Lakin bu ümid puç olub. 1820-ci il fevralın 18-də edam günü gəlib. Con taleyinə boyun əyib. Lavinia isə tabutdan çıxmaq istəməyib, onu zorla düşürdüblər.


Mənbə: Syfy.com

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et