Bu gün sosial media dedikdə ilk ağla gələn tətbiqlərdən biri, şübhəsiz ki, TikTokdur. Xüsusilə, gənclər arasında sürətlə yayılan bu platforma yaradıcı və qısa videoların paylaşılması üçün unikal imkanlar təqdim edir.
TikTok hansı ölkəyə məxsusdur?
TikTok Çin mənşəli sosial media platformasıdır. Onu BaytDans adlı texnologiya şirkəti hazırlayıb.
Şirkət 2012-ci ildə Zhanq Yiming tərəfindən Çində təsis edilib.
“TikTok”un orijinal versiyası Çində “Douyin” adı ilə təqdim olunub və bu adda ölkə daxilində fəaliyyətini davam etdirir.
Beynəlxalq bazarda isə 2016-cı ildən etibarən “TikTok” adı ilə istifadə olunmağa başlayıb.
“TikTok”un inkişaf tarixi
2016 – TikTok (Douyin) ilk dəfə Çində istifadəyə verilib.
2017 – BaytDans Musical.ly adlı ABŞ mənşəli məşhur video platformasını satın alıb.
2018 – TikTok və Musical.ly birləşdirilərək qlobal TikTok platforması formalaşdırılıb.
Bu birləşmə TikTok-un beynəlxalq miqyasda sürətlə böyüməsinə şərait yaradıb.
TikTok harada istifadə olunur?
TikTok hazırda 150-dən çox ölkədə istifadəyə verilib və 1 milyarddan çox aktiv istifadəçi auditoriyasına çatıb. Ən çox istifadə olunduğu ölkələr bunlardır:
ABŞ
Hindistan (2020-dən sonra qadağan olunub)
Braziliya
İndoneziya
Türkiyə
Avropa ölkələri
“TikTok”un populyarlığının səbəbləri nələrdir?
“TikTok”un bu qədər geniş yayılmasının bir neçə əsas səbəbi var:
Qısa və sürətli məzmun istifadəçilərin diqqətini tez cəlb edir;
Asan istifadəli interfeys – hər kəs video çəkib paylaşa bilir;
Kəşf alqoritmi – yeni istifadəçilərin məzmunu daha çox insana çatdırır;
Musiqi və vizual effektlər – fərqli və maraqlı videolar hazırlamağa imkan yaradır;
Həm əyləncəli, həm də maarifləndirici kontentlər təqdim olunur.
TikTok 2016-cı ildən bəri sürətlə böyüyərək dünyanın ən nüfuzlu sosial media platformalarından birinə çevrilib. BaytDans tərəfindən yaradılan bu tətbiq musiqi, yaradıcılıq, informasiya və əyləncə sahələrində geniş kütləyə xitab edir. Rəqəmsal dövrdə özünü ifadə etmək və fərqlənmək istəyənlər üçün TikTok əvəzolunmaz platformadır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
