Argentina Ali Məhkəməsinin zirzəmisində 80-dən çox qutu nasist materialı tapılıb.
Binanın zirzəmisini arxiv üçün hazırlayarkən işçilər gözlənilməz bir şeylə qarşılaşıblar – nasist dövrünə aid sənədlər.
Məhkəmə rəsmilərinin verdiyi məlumata görə, bu sənədlər Almaniyanın Tokiodakı səfirliyi tərəfindən göndərilib və 1941-ci il iyunun 20-də Yapon paroxodu ilə Argentinaya gətirilib. Sənədlər 83 diplomatik çanta içində olub.
Bu materiallar əsasən İkinci Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını yaymaq və gücləndirmək məqsədi daşıyıb.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
