2010-cu ildə Yaponiyanın rəsmi qurumları Tokionun ən yaşlı sakini hesab olunan Sogen Katonun 111 illik yubileyini qeyd etmək üçün onun yaşadığı ünvana baş çəkiblər. Onlar bu ziyarətlə həm Katonu təbrik etmək, həm də ölkənin uzunömürlü sakinlərinə hörmətlərini bildirmək niyyətində olublar.
Lakin gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Onlar evdə yaşayan bir insanla deyil, artıq uzun müddət əvvəl vəfat etmiş, mumiyalanmış bir meyitlə rastlaşıblar. Araşdırmalar nəticəsində məlum olub ki, Sogen Kato əslində hələ 1978-ci ildə, 79 yaşında dünyasını dəyişib.
Sogen Katonun ailəsi isə onun ölümünü heç kimə bildirməyərək, cəsədini evdə gizlədərək saxlayıb. Bu qeyri-adi və aldadıcı hərəkətin səbəbi isə maliyyə olub. Onlar Katonun adından dövlətin verdiyi pensiya və sosial yardım ödənişlərini almaqda davam ediblər. Bu saxtakarlıq nəticəsində ailə 30 ildən çox müddət ərzində təxminən 120.000 ABŞ dolları məbləğində gəlir əldə edib.
Hadisə ictimaiyyətdə və mediada böyük rezonans doğurub, dövlət qurumlarının yaşlı vətəndaşlarla bağlı məlumat sistemlərinin nə qədər qeyri-dəqiq və nəzarətsiz olduğunu ortaya çıxarıb.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
