Bu gün:

Bir çiçəyin qoxusunu heç almamış biri, o qoxunu xəyal edə bilərmi?


Qoxu insanın hiss orqanlarından biridir və ətrafımızdakı dünyanı qavrayışımızda mühüm rol oynayır. Halbuki, heç vaxt çiçəyi qoxulamamış bir insanın bu qoxunu təsəvvür etməsi mümkündürmü? Bu sual özü ilə həm emosional, həm də elmi mübahisə gətirir.


Qoxu və qavrayış


Qoxu burun reseptorları vasitəsilə qəbul edilir və beynimizin müəyyən bölgəsinə ötürülür. Bu proses keçmiş təcrübələr əsasında baş verir. Yəni bir çiçəyin qoxusunu qəbul edən insan o qoxu ilə bağlı xatirələrini, hisslərini və görüntülərini bir araya gətirərək onu təsəvvür edə bilər. Halbuki onun qoxusunu heç yaşamamış bir insanın beynində bu obrazı yaratmaq çox çətindir.



Təsəvvür və sensor təcrübə


Təsəvvürümüz əvvəllər yaşadığımız emosional və fiziki qavrayışlarla formalaşır. Qoxu digər hisslərlə, xüsusən də görmə və toxunma ilə sıx bağlıdır. Bir çiçəyi görəndə onun rəngləri, formaları və toxumaları beynimizdə bir görüntü yaradır. Halbuki heç vaxt qoxusunu almamış bir insan, yalnız bu vizual məlumat əsasında o çiçəyin qoxusunu tam təsəvvür edə bilməz. Qoxu mücərrəd bir təcrübədir və onu təsəvvür etmək, yaşanmamış hissin təsvirini yaratmaq deməkdir.


Abstrakt anlayışlar və məhdudiyyətlər


İnsan zehni duyğu təcrübələri əsasında mücərrəd anlayışlar inkişaf etdirir. Ancaq daha əvvəl yaşanmamış bir hissi təsəvvür etmək zehnimizdə bir məhdudiyyət yaradır. Məsələn, insan əvvəllər heç vaxt duzlu su içməyibsə, dəniz qoxusunu təsəvvür etməkdə çətinlik çəkə bilər. Bu, hisslərin qarşılıqlı əlaqəsi ilə bağlıdır.


Nəticə etibarı ilə heç vaxt çiçəyi qoxulamamış birinin o qoxunu tam təsəvvür etməsi çox çətindir. Təsəvvürümüz yaşadığımız təcrübələr əsasında formalaşır və qoxu bu təcrübələrin ən mücərrədlərindən biridir. Qoxu zehnimizdəki vizual görüntülərlə məhdudlaşa bilməz; emosional və fiziki qavrayışlarımızla birləşərək məna qazanır.


Buna görə də qoxusunu heç yaşamamış bir insan o çiçəyin qoxusunu tam təsəvvür edə bilməsə belə, fərqli duyğular vasitəsilə bu çiçəyin bir duyğu və ya duyğu təcrübəsini yarada bilər.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et