Alimlər son illərdə maraqlı bir təbiət hadisəsini araşdırıblar: bəzi bakteriyalar göydə “çiçək açaraq” yağışın yaranmasına səbəb olur. Xüsusilə Pseudomonas syringae adlı bakteriya bitkilərin üzərində yaşayır və atmosferə qalxdıqda buludlarda buz kristallarının yaranmasına kömək edir. Bu kristallar isə yağış və ya qarın formalaşmasını sürətləndirir.

Tədqiqatçılar qeyd edirlər ki, bu bakteriyalar yağışın yaranması üçün təbii “toxum” rolunu oynayır. Maraqlıdır ki, bu canlılar təkcə torpaq və su üçün deyil, həm də atmosfer üçün əvəzsiz əhəmiyyət daşıyır. Bu kəşf kənd təsərrüfatı və hava proqnozlaşdırma sahəsində yeni imkanların açılmasına səbəb ola bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
