Bu gün:

Hardi-Vaynberq prinsipi nəyə əsaslanan genetik koddur?


Hardi-Vaynberq prinsipi göstərir ki, təkamül baş vermədikdə populyasiyada gen və genotip tezlikləri nəsildən-nəsilə dəyişməz qalır.

Mütəxəssislər Hardi-Vaynberq prinsipini genetik tarazlığı izah edən əsas riyazi model sayırlar. Onu daşıyıcı xəstəliklərin tezliyini hesablamaq, təkamül təsirlərini və genetik dəyişiklikləri təhlil etmək üçün geniş istifadə edirlər.


Prinsiplərin əsas fərziyyələri aşağıdakılardır:


• Əhali çox olmalıdır;


• Fərdlər təsadüfi qarşılaşmalı;


• Heç bir mutasiya, miqrasiya və ya təbii seleksiya olmamalıdır;


• Genetik sürüşmə təsirsiz olmalıdır.


Bu şərtlərdə allel tezlikləri sabit qalır və genotip paylanması p² + 2pq + q² = 1 düsturu ilə hesablanır, burada p və q iki allelin tezliyidir.


Son illərdə genetik texnologiyaların inkişafı Hardi-Vaynberq tarazlığından sapmaları istifadə edərək təkamül təzyiqlərini aşkar etməyə imkan verib. Bu prinsip xərçəng, irsi xəstəliklər və fərdiləşdirilmiş tibbdə, xüsusilə, əhəmiyyətlidir.


Hardi-Vaynberq prinsipi sadəcə bir nəzəriyyə deyil, biologiyada bir çox mürəkkəb proseslərin başa düşülməsində əsas vasitə kimi əhəmiyyətini qoruyub saxlayır.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et