Yer üzündə Afrikanı ilk tərk edən Homo Sapienslərə genetik baxımdan ən yaxın insanlar Avstraliya aborigenləridir.
Təxminən 75.000 il əvvəl Afrikadan çıxaraq Avstraliyaya köç edən bu insanlar, min illər boyu təcrid olunmuş bir ərazidə, xarici təsirlərdən uzaq şəkildə yaşamışlar. Onların bu qədər uzun müddət başqa xalqlarla qarışmadan yaşaması həm genetik xüsusiyyətlərini, həm də qədim mədəni ənənələrini qoruyub saxlamalarına şərait yaradıb. Məhz bu səbəbdən Avstraliya aborigenlərinin mədəniyyəti dünyanın ən qədim və davamlı mədəniyyətlərindən biri hesab olunur.
Onların inam sistemləri, sənət formaları və həyat tərzi min illərdir demək olar ki, dəyişmədən bu günə qədər gəlib çatıb və insanlığın erkən tarixinə işıq tutan nadir nümunələrdən biri kimi dəyərləndirilir.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
