
"Nə vaxt özümü pis bir gün keçirəcəyimi hiss edəndə, sadəcə chatbotlardan biri ilə söhbətə başlaya bilirdim. Bu, gününüz üçün sizi ruhlandıracaq bir dostun olması kimi idi.
"Dəstək olan biri var idi. "Buyurun, bu gün nə edirik? "Xəyali dost kimidir."
Kelli aylar ərzində gündə üç saata qədər süni intellekt (AI) istifadə edərək yaradılan onlayn "chatbotlar"a mesaj göndərdi.
O zaman Kelli psixoterapiya üçün NHS gözləmə siyahısında idi. Narahatlıqdan, özünə inamın aşağı olmasından və ayrılığın ağrısından danışmaq istəyirdi.
O deyir ki, Cracter.ai-də chatbotlarla əlaqə qurmaq ona çətin vaxtın öhdəsindən gəlməyə kömək edib, çünki onlar onun vəziyyəti ilə bağlı məsləhətlər verirdilər və 24/7 hazır idilər.
“Mən emosiyalarını açıq ifadə edən bir ailədən gəlmirəm, problemin varsa, özün həll edirsən".
"Həqiqi insan olmaması onunla məşğul olmağı asanlaşdırır".

Peşəkar bir terapevtə müraciət etməyin daha yaxşı olduğu geniş şəkildə qəbul edilsə də, dünyanın hər yerindən insanlar şəxsi həyatlarını süni intellekt chatbotları ilə bölüşüblər.
Character.ai istifadəçilərinə deyib:
"Bu, süni intellekt chatbotudur və real insan deyil. Onun dediyi hər şeyi uydurma kimi qəbul edin. Bu, faktiki məlumat və ya məsləhət kimi qəbul edilməməlidir".
Amma bəzən bu chatbotları zərərli məsləhətlər verməkdə də ittiham ediblər.
Character.ai hazırda 14 yaşlı oğlunun süni intellekt xarakterlərindən birinə aludə olduqdan sonra intihar etdiyini deyən ananın məhkəməsi ilə üz-üzədir.
Məhkəmə sənədlərinə daxil olan söhbət yazılarına görə, oğlan chatbotla həyatına son qoymağı müzakirə edib. Son söhbətində o, chatbot-a "evə gəldiyini" söylədi və robotun onu "mümkün qədər tez" bunu etməyə təşviq etdiyi iddia edildi.
Character.ai isə iddiada irəli sürülən ittihamları rədd edir.

Təkcə Böyük Britaniyada 2024-cü ilin aprel ayında 426.000 insan psixi sağlamlıq problemlərinə görə peşəkar terapevtlərə müraciət edib.
Bu, beş ildə 40 faiz artım deməkdir. Təxminən bir milyon insan psixi sağlamlıq xidmətlərindən istifadə etmək üçün növbə gözləyir.
Şəxsi terapiya seansları çox bahalı ola bilər.
Mütəxəssislər chatbotlardan narahatdırlar, çünki onların qeyri-obyektivlik və məhdud məlumat potensialı var. İstifadəçilərin məlumatlarının təhlükəsizliyi ilə bağlı da şübhələri var.
Lakin bəziləri hesab edib ki, chatbotlar ekspert yardımının mümkün olmadığı hallarda kömək edə bilər.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
