“Nature” jurnalında dərc olunan tapıntılar Yer səthində olan bəzi qızıl və digər qiymətli elementlərin planetin nüvəsində yaranmış ola biləcəyini göstərir.
Yeni tədqiqat Havay adalarından lava nümunələrində aşkar edilmiş qızıl və platinə aid nadir metal olan rutenium üzərində fokuslanıb. Tədqiqatçılar onun formalarından birində 100Ru kimi tanınan izotopda incə variasiya aşkar ediblər. Bu tip Yerin metal nüvəsində onun qayalı xarici təbəqəsi olan mantiyadan bir qədər daha çox yayılmışdır.
Greek Reporter-in məlumatına görə, bu qədər kiçik fərq indiyədək aşkar edilməmişdi. Əvvəlki texnologiya bu demək olar ki, eyni izotopları ayırd edə bilmirdi. Bununla belə, Göttingen komandası tərəfindən hazırlanmış yeni üsullar indi bu fərqləri dəqiq müəyyən etməyə imkan verir.
"SƏTHDƏN 3 MİN KİLOMETDƏN AŞAĞIDAN GƏLİR"
Bu texnikadan istifadə edərək alimlər Havay lavasında qeyri-adi yüksək 100Ru siqnalı tapdılar.
Araşdırmaya görə, bu vəziyyəti ancaq materialın mantiyanın nüvə ilə qovuşduğu sərhəddən, yəni səthin təxminən 3000 kilometr altından gəlməsi ilə izah etmək olar.
Universitetin Geokimya fakültəsindən Dr. "İlk nəticələr gələndə biz sözün əsl mənasında qızıl tapdığımızı başa düşdük. Məlumatlarımız təsdiq etdi ki, nüvədən olan material, o cümlədən qızıl və digər qiymətli metallar Yerin üstündəki mantiyaya sızır", - Nils Messlinq bildirib.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Nazrin Humbat
