Bu gün:

Uzun müddət oturmaq beyni daraldır


ABŞ-da aparılan yeni araşdırmaya görə, uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərib.

Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan araşdırma, 50 və daha yuxarı yaşda olan insanların oturma vaxtı ilə beyin sağlamlığı arasındakı əlaqəni araşdırıb.


Tədqiqat, oturaq həyat tərzinin demans növləri, xüsusən də Alzheimer ilə əlaqəli ola biləcəyini qeyd etdi. Mütəxəssislər tək idmanın kifayət etmədiyini, oturmağa sərf olunan vaxtın da azaldılması lazım olduğunu bildiriblər.


Tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan ən azı 150 dəqiqəlik məşq müddətinə əməl edib. Lakin məlum olub ki, gün ərzində daha uzun müddət oturanlarda beyin həcmində kiçilmə və koqnitiv zəifləmə əlamətləri müşahidə olunur. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin Alzheimer xəstəliyindən təsirlənən ilk beyin bölgələrindən biri olduğu bilinir.


Nevroloq Dr. "Alzheimer riskini azaltmaq təkcə idmanla bağlı deyil. Gündəlik oturma vaxtını azaltmaq da vacibdir" dedi Marissa Qoqniat.


Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib. Genetik olaraq Alzheimer xəstəliyinə meylli olan fərdlərdə bu əlaqənin daha da güclü olduğu aşkar edilib.


Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Angela Jefferson izah etdi ki, “Gün ərzində oturmağa tez-tez fasilə vermək, xüsusən də həm genetik risk altında olan insanlar üçün, həm də beyin sağlamlığı çox vacibdir.”


Mütəxəssislər, gün ərzində uzun müddət masa arxasında oturan və ya oturaq həyat sürən şəxslərin oturma vaxtlarını azaltmaq üçün addımlar atmalı olduqlarını da bildirdilər.



Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et