NASA-nın Ceyms Vebb Kosmik Teleskopu kainatın yaranmasından cəmi 280 milyon il sonra meydana çıxmış və indiyədək müşahidə olunan ən uzaq qalaktikanı, yəni MoM-z14ü aşkarlayıb.
Bu qalaktika "Mirage" adlı tədqiqat proqramı çərçivəsində müəyyən olunub və onun qırmızıya sürüşmə dəyəri (redshift) z = 14.44-dir. Bu, əvvəlki rekordu geridə qoyaraq qalaktikadan gələn işığın təxminən 13.5 milyard il əvvəl yayıldığını göstərir.
Tədqiqatlara görə, bu qalaktikadan gələn işıq əsasən ulduzlardan qaynaqlanır, yəni burada aktiv qara dəlik deyil, çoxsaylı parlaq ulduzlar mövcuddur. Kimyəvi tərkibi baxımından isə bu qalaktika qədim ulduz topalarına bənzər struktura malikdir.
Alimlər bildirirlər ki, bu kəşf erkən qalaktikaların necə formalaşdığına dair təsəvvürlərimizi dəyişə bilər. Gələcəkdə istifadəyə veriləcək yeni teleskoplar isə bu kimi obyektlərin daha çoxunu aşkarlamağa imkan verəcək.
JWST sayəsində artıq ilk ulduzların yaranmağa başladığı dövrü müşahidə etmək mümkün olur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
