Bu gün:

82 illik ömründə qadını görmədən ölən keşiş: Mihailo Tolotos


Bəzi insanlar bütün həyatlarını təyyarəyə minmədən keçirlər. Bəzi insanlar dənizi belə görmədən həyatını tamamlayır. Bəs bir insanın həyatında heç vaxt qadın görməməsi demək olar ki , mümkün deyilmi ? Bununla belə, Mihailo Tolotos həqiqətən də bu qeyri-adi həyatı yaşamışdır. Onun həyatı müasir dünyadan kənarda, tamam başqa bir nizamda keçib.

Mihailo Tolotosun hekayəsi 1856-cı ildə Yunanıstanın Xalkidiki bölgəsində başladı.

Doğulduqdan cəmi 4 saat sonra anasını itirən Tolotos, ailəsi ona baxmadığı üçün Athos dağındakı bir monastırın qapısında tərk edilmişdi. O, sərt qaydaları ilə tanınan bu monastırda rahiblər tərəfindən böyüdülüb. Monastırın ən mühüm qaydası qadınların əraziyə girməsini tamamilə qadağan edən “Avaton Qanunu” adlanan ənənə idi. 

Hətta dişi heyvanlar belə içəri buraxılmır, siçan ovlamaq üçün yalnız bir neçə dişi pişik saxlanılırdı. Bu səbəbdən Mixaylo uşaqlığından bəri heç bir qadınla görüşməyib. O, heç vaxt xarici aləmdə avtomobillər, fotoşəkillər və hətta texnoloji irəliləyişlər görmədən yaşayırdı. Onun bildiyi tək şey monastır həyatının sadəliyi və dini nizam-intizamla formalaşan həyat tərzi idi.

Tolotosun bu həyatı seçib-seçmədiyi, yoxsa sadəcə başqa bir alternativ bilməməsi hələ də məlum deyil.

Ona hətta xarici dünya haqqında suallar vermək qadağan edildi, buna görə də həyatı boyu monastırdan kənarda nə olduğunu düşünüb-görmədiyi məlum deyil. Bəziləri deyirlər ki, iman yox, naməlumluq qorxusu onun çıxmasına mane olub.

Bu illər ərzində çoxlu kişi ziyarətçilərlə qarşılaşsa da, ona xarici dünyadan nə gətirdiklərini soruşmaq texniki olaraq qadağan edildi. Beləliklə, dünya təkamül edərkən, Tolotosun dünyası olduğu kimi qaldı. O, heç vaxt radio, paltaryuyan və ya fotoqrafiya kimi ixtiralar görmədən yaşayıb , yalnız mənəvi təmizlənməni hədəfləyib.

1938-ci ildə dünyasını dəyişəndə onun 82 yaşı var idi.Monastır rahibləri onun üçün xüsusi dəfn mərasimi təşkil etdilər, çünki o, heç bir qadın görmədən ölən yeganə insan kimi yadda qaldı.

Mənbə: Onedio 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et