Bu gün:

Gecə səmada gözoxşayan ulduzların tərifi necədir?


Gecə səmanı görərkən işıq saçan minlərlə nöqtədən biri olan ulduzlar kainatın ən qədim və möhtəşəm hissələrindəndir.

Ulduzların tərifi

Ulduzlar öz içində nüvə sintezi ilə enerji yaradan böyük qaz toplarıdır. Onlar, əsasən, hidrogen və helium qazlarından ibarət olur. Ulduzların içindəki reaksiyalar onların istilik və işıq yaymasına səbəb olur. Günəş isə Yerə ən yaxın ulduzdur.


Ulduzlar necə əmələ gəlir?

Ulduzlar kosmosdakı böyük qaz və toz buludlarının qravitasiya təsiri ilə çökməsi nəticəsində yaranır. Bu çökmə sıxlığı artırır və mərkəzdə temperatur milyonlarla dərəcəyə çatır. Temperatur kifayət qədər yüksək olduqda nüvə sintezi başlayır və ulduz əmələ gəlir.


Ulduzların ömrü

Bir ulduzun ömrü onun kütləsindən asılı olaraq milyonlarla, bəzən isə milyardlarla il davam edə bilər. Kiçik ulduzlar daha uzun ömürlü, böyük ulduzlar isə daha qısa müddətdə tükənir. Ömrünün sonunda ulduz fövqəlnova partlayışı ilə yox ola bilər və ya ağ cırtdan, neytron ulduzu, yaxud qara dəliyə çevrilə bilər.


Bu gün adi gözlə Yer kürəsindən təxminən 6000 ulduzu görmək mümkündür. Amma teleskoplar sayəsində milyonlarla ulduzu izləmək olur. Gecə göyə baxmaq, əslində, keçmişə baxmaq kimidir, çünki gördüyümüz ulduz işığı milyonlarla il əvvəl çıxıb bizə çatır.


Elm üçün niyə vacibdir?

Ulduzlar kainatın inkişafını anlamaq, qalaktikaların quruluşunu öyrənmək və həyatın mənşəyinə dair ipucları tapmaq üçün çox önəmlidir. Elementlər ulduzların içində əmələ gəldiyindən, biz və ətrafımızdakı hər şeyin ulduz tozundan yarandığı hesab edilir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et