Bu gün:

Stressin fiziki əlamətləri


Əgər həyatdakı situasiyalara daim mükəmməllik prizmasından baxırsansa, bu yanaşma səni uğursuzluğa sürükləyə və üzərinə əlavə stress yükləyə bilər.


Mükəmməl olmağa çalışmaq insanı bəzən özünə qarşı ədalətsiz davranmağa məcbur edir. Əgər davamlı olaraq bir vəziyyəti və ya öz davranışlarını tənqid edir və bunun üçün real, obyektiv səbəblər yoxdursa, ola bilsin, özünü lazımsız şəkildə günahlandırırsan. Belə məqamlarda vəziyyətdən uzaqlaşmaq, fikrini yayındırmaq və sonra məsələni təkrar nəzərdən keçirmək faydalı ola bilər. Xüsusilə, bir dostla və ya iş yoldaşı ilə söhbət etmək düşüncələrə daha aydın baxmağa kömək edə bilər. Çünki bəzən bir məsələyə emosional olaraq bağlanırıq və bu, obyektiv qərar vermə qabiliyyətimizi azaldır.

Stress hər bir insanın həyatında müəyyən miqdarda mövcuddur, lakin bu stressin nə vaxt zərərli həddə çatdığını anlamaq vacibdir. Əgər gündəlik həyat keyfiyyətin aşağı düşürsə və əvvəl sənə zövq verən şeylər artıq maraqsız gəlirsə, bu artıq narahatedici siqnal ola bilər. 

Stressin artdığı zaman özünü aşağıdakı formalarda büruzə verməsi mümkündür:

  • Həmişə zövq aldığın hobbilərdən və fəaliyyətlərdən uzaqlaşmaq
  • Enerji çatışmazlığı və yorğunluq hissi
  • Yatmaq, yemək, alış-veriş və ya içki kimi fəaliyyətlərdə ölçüsüz davranmaq
  • Tez-tez xəstələnmək və ya immunitetin zəifləməsi
  • Ətrafdakıların səninlə bağlı narahatlıqlarını ifadə etməsi
  • Davamlı əsəbilik və səbəbsiz qıcıqlanma

Bunlar artıq stressin sənin həyat keyfiyyətini pozduğunun və emosional yükünün artdığının göstəricisidir. Belə hallarda vacib olan şey həyatına mənalı məqsədlər daxil etmək, daxili tarazlıq yaratmaq və çətin anlarda hansı addımları atacağını öncədən bilməkdir. Əgər bu əlamətlər davam edirsə və özünü tez-tez sıxılmış, yorğun və ümidsiz hiss edirsənsə, peşəkar dəstək almaq vaxtıdır. Duyğusal rifah, insanın sağlam və balanslı həyat sürməsi üçün ən az fiziki sağlamlıq qədər vacibdir.


Mənbə: The Ohio State University Wexner Medical Center

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et