Bu beş rejissor yalnız çəkdikləri filmlərlə deyil, özünəməxsus üslubları ilə də kino tarixində iz qoyublar.
Onlar müxtəlif dövrlərdə və fərqli ölkələrdə tamaşaçılara unudulmaz anlar yaşadıblar və bu gün də kino sənətinin simvolu sayılırlar. Gəlin bu şəxslərə nəzər yetirək:
1) Stiven Spilberq
Hollivudun məşhur rejissoru olan Spilberq gənc yaşlardan kino ilə məşğul olub və böyük uğurlar qazanıb. O, "Jaws", "E.T.", "Schindler's List" və "Saving Private Ryan" kimi məşhur filmləri ilə həm bilet satışında, həm də sənət baxımından uğur əldə edib.
2) Martin Skorsezi
Amerika kinosunun canlı əfsanəsi olan Skorsezi cinayət, inanc və əxlaq mövzularını işləyən filmləri ilə məşhurdur. O, "Taxi Driver", "Goodfellas", "The İrishman" və "Killers of the Flower Moon" kimi filmləri ilə həm tənqidçilər, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
3) Kristofer Nolan
İngilis rejissor Nolan zaman, yaddaş və reallıq mövzularını cəsarətlə araşdırır və müasir kinoda önəmli yer tutur. "Başlanğıc", "Ulduzlararası", "Qaranlıq Cəngavər" trilogiyası və "Oppenhaymer" kimi filmləri həm geniş izləyici kütləsini, həm də intellektual tamaşaçıları cəlb edir.
4) Quentin Tarantino
Mədəni istinadları, zəngin dialoqu və stilizə edilmiş tərzi ilə tanınan Tarantino müstəqil kinonun ən məşhur rejissorlarından biridir. "Pulp Fiction", "Kill Bill", "İnglourious Basterds" və "Once Upon a Time in Hollywood" kimi filmləri ilə kino tarixində öz yerini tutub.

5) Akira Kurosava
Yapon kinosunun ustadı Kurosava həm Asiyada, həm də dünyada böyük təsirə malikdir. Onun Yeddi Samuray, Raşomon və İkiru kimi məşhur filmləri Hollivud və Avropa rejissorlarına ilham verib.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
