Pişiyiniz gecələr fırtına kimi evin ətrafında qaçanda heç düşünmüsünüzmü: "O, bu qaranlıqda necə görə bilər?" Biz insanlar gecələr işıqsız belə yeriməkdə çətinlik çəksək də, onlar ninja kimi hərəkət edirlər. Əslində, çox vaxt onlar bizdən əvvəl qaranlıqda reaksiya verirlər. Buna görə də bir çox insan "Pişiklərin gecə görmə qabiliyyəti varmı?" Sualını vermədən özünü saxlaya bilmir. Cavab düşündüyünüz kimi ağ-qara deyil.
İnsanlardan fərqli olaraq, pişiklər çox zəif işıqda belə ətraflarını dərk edə bilən görmə sisteminə malikdirlər.
Bunun səbəbi, göz strukturlarında insanlardan daha çox işığa həssas “çubuq” hüceyrələrinin olmasıdır. Bu o deməkdir ki, pişiklər qaranlıqda bizdən 6-8 dəfə daha yaxşı görə bilirlər. Gözlərindəki iri, şaquli açılan bəbəklər də bu qabiliyyəti dəstəkləyir.
Pişiklərin göz bəbəkləri insanlarınkından 50%-ə qədər böyük ola bilər ki, bu da onların gözlərinə daha çox işıq daxil olmasına imkan verir. Onların həmçinin tapetum adlı əks etdirici toxuması var ki, bu da gələn işığı ikinci dəfə retinaya əks etdirir və daha aydın gecə görməsini təmin edir. Ancaq bu o demək deyil ki, onlar tam qaranlıqda görə bilirlər, çünki onlara bir az da olsa işıq lazımdır.
Pişiklər insanların gördükləri bütün rəngləri görə bilmirlər.

Onların gözlərində insanlardan daha az "konus" hüceyrələri var ki, bu da onların rəng qavrayışını məhdudlaşdırır. İnsanlar üç növ konus hüceyrəsi ilə mavi, yaşıl və qırmızı çalarları görə bilsələr də, pişiklərdə yalnız iki var. Bu, onların dünyanı daha çox mavi, boz və bəlkə də bəzi sarı çalarlarında görmələrinə səbəb olur.
Tamamilə rəng koru olmasalar da, təfərrüat qavrayışları bizimkindən daha zəifdir. Gecələr evdəki zəif işıqlar belə onlara bəs edir, amma tam qaranlıqda heç bir canlı görmür. Buraya pişiklər daxildir!
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
