
İsveç mediası ötən bazar günü Stokholmda casusluq ittihamı ilə həbs edilən və çərşənbə günü sərbəst buraxılan adı açıqlanmayan diplomatın ölü tapıldığını bildirib. Ölkənin Xarici İşlər Nazirliyi əməkdaşlarından birinin ölümünü jurnalistlərə təsdiqləyib, əlavə məlumat verməkdən imtina edib.
İki gün əvvəl, casusluqda şübhəli bilinən şəxs azadlığa buraxıldıqdan qısa müddət sonra onun vəkili Anton Strand jurnalistlərə bildirib ki, müvəkkilinin həbsi və saxlanması zamanı aldığı iddia edilən “bədəninin bir neçə nahiyəsi xəsarətləri ilə” xəstəxanadadır.
Strand-ın sözlərinə görə, müdafiə etdiyi şəxs dövlət məmurlarının qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədə polisə şikayət edib.
İki gün sonra mətbuatda casusluqda şübhəli bilinən diplomatın cümə günü gecə ölü tapıldığı xəbəri yayılıb.
Mənbə:cbc
Tərcümə etdi: Fatimə Umarbəy
