Bu gün:

Nivea hansı ölkənin markasıdır?


1911-ci ildə Hamburqda Beiersdorf AG şirkəti tərəfindən yaradılan Nivea Almaniyada yerləşən və dəriyə qulluq məhsulları istehsal edən tanınmış bir markadır.

Nivea adı haradan gəlir?

Nivea adı latınca "nivis" sözündən götürülmüşdür. “Nivis” sözünün mənası “qar” deməkdir. Bu ad Nivea məhsullarının saflığını və ağlığını simvollaşdırır. Hazırlanmış ilk Nivea kremi ağ və saf görünüşü ilə bu adın mənasını tam əks etdirib. 


Niveanın tarixi: 100 ildən çox güvən

Nivea ilk dəfə 1911-ci ildə dünyada su və yağ əsaslı ilk nəmləndirici krem kimi təqdim edilib. Bu yenilik kosmetika sahəsində böyük dəyişiklik yaradıb. Zamanla Nivea məhsullarının çeşidi artaraq təraş kremləri, dezodorantlar, günəş kremləri, bədən losyonları və yaşlanma əleyhinə qulluq məhsulları kimi müxtəlif kateqoriyaları əhatə edib.


Bu gün Nivea 170-dən çox ölkədə satılır və hər yaşda olan alıcılar üçün bir çox həll yolları təklif edir.


Nivea məhsulları harada istehsal olunur?

Nivea məhsullarının böyük hissəsi Almaniyadakı müasir zavodlarda istehsal olunur. Lakin qlobal marka olan Nivea yalnız Almaniyada istehsalla məhdudlaşmır. Şirkətin dünyanın müxtəlif ölkələrində də zavodları mövcuddur ki, bu da yerli bazarlara daha sürətli və effektiv xidmət göstərməyə imkan verir.


“Nivea”nın uğurunun sirri nədir?

“Nivea”nın dünya üzrə uğuru aşağıdakı amillərə əsaslanır:


Keyfiyyətə verilən əhəmiyyət: Məhsul formulları dermatoloji cəhətdən sınaqdan keçirilib və dəri sağlamlığı üçün uyğun olan maddələrdən ibarətdir.


Əlverişli qiymət – yüksək performans: Müxtəlif büdcələrə uyğun məhsulları ilə geniş auditoriyaya çata bilir.


Geniş məhsul çeşidi: Dəriyə qulluq, kişi baxım məhsulları, günəşdən qorunma kimi bir çox kateqoriyaya malikdir.


Köklü etimad: Bir əsrdən artıq tarixi ilə istifadəçilərinin etibarını qazanıb. 


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et