Dünyanın müxtəlif bölgələrində, hətta okeanların o tayında belə bir-birinə bənzəyən daş abidələrə rast gəlinir. Məsələn, Minorka ilə Stonhenq arasında demək olar ki, əkiz oxşarlıq var.
Bu fenomenlə bağlı alimlər arasında fərqli fikirlər mövcuddur. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu bənzərlik təsadüfi deyil. Əksinə, bu, qədim insanların texnologiyanın məhdud olmasına baxmayaraq, bir-biriləri ilə böyük məsafələrdən əlaqə qurduqlarını və biliklərini, mədəni təcrübələrini paylaşdıqlarını göstərən bir sübutdur.
Digər bir qrup alim isə fərqli düşünür. Onların fikrincə, bu cür oxşar abidələrin yaranması insanlar arasında genetik və psixoloji baxımdan ümumi düşüncə tərzinin olması ilə əlaqədardır, yəni bu paralelliklər sadəcə olaraq, insan təfəkküründəki universal yanaşmaların təzahürüdür.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
