Alimlər Neandertalların istifadə etdiyi alətlərin hazırlanma üsulunu sınamağa qərar veriblər. Çünki çoxları düşünür ki, bir daşı başqa daşla itiləmək çox asandır.
Alimlər sınayıb görüblər ki, bu iş hətta müasir insan üçün də çox çətindir. Onlar 3D printerlər, kompüterlər və avtomatik çəkiclərdən istifadə edərək daşları toplayıb və ən yaxşı iti aləti hazırlamaq üçün çalışıblar.
Nəticədə məlum olub ki, Neandertallar da təxminən 200 min il əvvəl eyni çətinliklərlə üzləşib, ancaq onlar da bu işi bacarıblar və üstəlik, onların əlində müasir texnologiya da olmayıb.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
