İnsanlar olaraq, təəssüf ki, biz heç vaxt dəqiq olaraq necə göründüyümüzü bilməyəcəyik.
Görünüşümüz haqqında bir fikir əldə etmək üçün kamera və ya güzgüyə etibar etməliyik, amma hər ikisindəki təsvir bizim əsl görünüşümüzdən bir az fərqli olacaq.
Niyə belədir?
Güzgüdə özümüzə baxanda tərs çevrilmiş əksimizi görürük. Beynimiz bu şəkli işləyir və sonra biz bunun özümüzün düzgün təsviri olduğunu düşünürük. Digər tərəfdən, özümüzün fotosu tərs çevrilməmiş ikiölçülü bir təsviridir. Bu, güzgüdə gördüyümüzdən fərqli görünə bilər, çünki biz özümüzü tərs şəkildə görməyə alışmamışıq. Üzümüz tam simmetrik olmadığından, görünüşümüz bizə yad gəlir. Bunun səbəbi isə "sadəcə tanışlıq effekti" adlanan bir fenomendir. Bu effekt insanlarda tanış olan bir şeyə üstünlük yaratmaqdır. Bu halda biz güzgüdəki əksimizə daha çox alışmışıq və kamera şəkilindən çox güzgüdə necə göründüyümüzü üstün tuturuq. Bu, tez-tez gördüyümüz geyim və ya saç düzümü kimi də ola bilər.
Bəs hansısı daha dəqiqdir?
Təəssüf ki, cavab budur ki, nə güzgü, nə də kamera bizim əsl görünüşümüzü dəqiq göstərmir.
Hər ikisi işıqlandırma, bucaqlar, məsafə və s. kimi faktorlardan asılı olaraq görünüşümüzü qəlizləşdirir.
Güzgülər tərs çevrilmiş şəkil göstərir və sizin və güzgü arasındakı bucaq və məsafəyə görə nisbətləri dəyişə bilər. Kameralar isə ikiölçülü təsvir təqdim edir, üz xətlərimizi yastılaşdırır və işıqlandırma, bucaq, kamera ilə məsafədən asılı olaraq nisbətləri qəlizləşdirir.
Əslində, kamera sizə nə qədər yaxın olsa, şəkil bir o qədər qəlizləşə bilər. Hazırda əsl görünüşümüzü yalnız digərləri görə bilir, axı gözəllik baxanın gözündədir!
Mənbə: vibe.mt
Tərcümə etdi: Arzu Qafarova
