Bu gün:

Narıncı rəngli pişiklərlə bağlı onillərdir davam edən sirr açılıb


İki qitədə çalışan alimlər tüklü dostlarımızın – xüsusilə erkək pişiklərin – bu xarakterik rənginə səbəb olan DNT sirrini ortaya çıxarıblar.

Onlar müəyyən ediblər ki, narıncı rəngli pişiklərdə genetik kodun bir hissəsi yoxdur və bu da onların dəri, göz və tük rənginə cavabdeh olan hüceyrələrin daha açıq rənglərdə olmasına səbəb olur.


Bu elmi irəliləyiş təkcə alimləri deyil, eyni zamanda araşdırmanı kütləvi maliyyələşdirmə ilə dəstəkləyən minlərlə pişik sevəri də sevindirib.


Bəlli olub ki, rəngli pişiklər müəyyən sağlamlıq problemləri riski ilə daha çox qarşılaşırlar.


Onillərdir məlumdur ki, narıncı zolaqlı pişiklərə bu fərqli rəngi genetik quruluş verir, lakin bu rəngin dəqiq olaraq genetik kodun harasında yerləşdiyi bu günə qədər alimlər üçün sirr olaraq qalıb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et