Əlinnizdə 100 manat olduğunu düşünün. Bu pulu bu gün xərcləyərsiniz, yoxsa 5 il sonra? Sadəcə səbirsizliklə yox, daha vacib bir iqtisadi anlayışla izah olunur: Zamanın pul dəyəri. Bəli, pulun da zamanla dəyişən bir dəyəri var.

Tutaq ki, bu gün sizə 1000 manat verilir. Onu yeməyə xərcləyə, alış-veriş edə və ya saxlayabilərsiniz. Amma biri desə: “Bu pulu bu gün alma, bir ildən sonra sənə eyni 1000 manat verəcəyəm,” nə edərsiniz?
İlk reaksiyanız “Yox, elə indi ver” ola bilər. Çünki bilirsiniz ki, 1 ildən sonra alacağınız 1000 manat bu günkü 1000 manatla eyni deyil. Bu instinktiv anlayış iqtisadiyyatda “pulun zaman dəyəri” adlanır. Dünyada heç nə dəyişməz qalmaz: qiymətlər artır, xərclər dəyişir, inflyasiya pulun alıcılıq gücünü azaldır.
Bu səbəbdən “Pul elə belə dursun” fikri risklidir. Duran pul yerində saymır və dəyər itirir. “Zaman = Pul” ifadəsi sadəcə atalar sözü deyil, real iqtisadi gerçəklikdir. Pulu istifadə etməsəniz, zaman onun əleyhinə işləyəcək. Amma onu yatırım, faiz, qızıl, valyuta və ya depozitdə saxlasanız, zaman sizin xeyrinizə işləyər.
Bu səbəbdən gündəlik qərarlarımızda, yəni alış-verişdə, kredit götürəndə və ya borc verəndə pulun zaman dəyərini nəzərə almaq çox vacibdir. Məsələ “xərcləmək ya xərcləməmək” deyil, nə zaman və necə xərcləməkdir.
Unutmayın: zaman keçir, pul isə dayanmaz. Ya siz bu dəyişikliklərə uyğunlaşaraq irəliləyəcəksiniz, ya da geridə qalacaqsınız. Duran pul sizi geriyə aparar, amma doğru istifadə olunan pul sizi gələcəyə daşıyar.
Bu gün öyrəndikləriniz gələcək sizə sərmayədir. Pulun dəyərini bilmək sadəcə xərcləmək deyil, ona zaman verməkdir. Ona görə də, cibinizdəki 100 manatı az hesab etməyin ona vaxt və fürsət verin, bəlkə sabah böyük imkanlara çevrilər.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
