Cadugərlər tarix boyu mifologiya, xalq nağılları və pop mədəniyyətin vacib obrazı olub. Onlar həm qorxu, həm də güc və azadlığın simvolu hesab edilir.

Bu məqalədə sizə ən məşhur 5 cadugərə təqdim edirik:
1. Morqana le Fay
Kral Artur əfsanələrinin məşhur simalarından olan Morqana le Fay həm sehrbaz, həm də cadugər kimi tanınır. O, Arturun bacısı və Merlinin rəqibi kimi təsvir olunur. Güclü sehrləri və manipulyasiya bacarıqları ilə tarixə düşüb.
2. Baba Yaqa
Slavyan folklorunun ən sirli və qorxulu fiqurlarından biri olan Baba Yaqa meşədə yaşayan, uşaq yeyən və sehrli güclərə sahib bir cadugərdir. Eyni zamanda, bəzən yolçulara kömək edən müdrik qadın kimi də təsvir olunur.
3. Salem cadugərləri
1692-ci ildə ABŞ-nin Massaçusets ştatında baş vermiş Salem cadu məhkəmələrində bir çox qadın cadugərlikdə ittiham olunaraq edam edilib. Bu qadınlar “Salem cadugərləri” kimi tanınıb və hadisə tarixdə ən məşhur cadugər ovlarından biri sayılır.
4. Malefisent (Yatan gözəl)
Disney-in klassik “Yatan gözəl” nağılında yer alan Malefisent uzun qara qanadlı, intiqam həvəskarı olan cadugərdir. Daha sonra çəkilmiş filmlərdə onun xarakteri daha dərindən işlənib və empati yaradan bir qəhrəmana çevrilib.
5. Hekate
Yunan mifologiyasının sehr və ayinlərlə bağlı tanrısı olan Hekate, həm də cadugərlərin ilham mənbəyi sayılır. Üç başlı təsvir olunan Hekate ölüm, gecə və gizli biliklərin qoruyucusu kimi tanınır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
