Bu gün:

Dünyanın ən qədim qəsəbələrindən biri yenidən araşdırılır


Türkiyənin Konya vilayətində yerləşən və 9 min ildən çox yaşı olan Çatalhöyük qədim yaşayış məskəni yenidən arxeoloqların diqqət mərkəzinə düşüb. UNESCO-nun Dünya İrsi Siyahısında yer alan bu ərazi tarixçilər və alimlər üçün nadir tapıntılar təqdim etməyə davam edir.Yeni aparılan qazıntılar nəticəsində burada ilk dəfə olaraq iç-içə tikilmiş evlərdə divar rəsmləri və ov səhnələrini əks etdirən freskaların izlərinə rast gəlinib. Alimlər bu rəsmlərin ilk şəhərsalma ideyalarının və kollektiv yaşayışın izlərini daşıdığını bildirirlər. Maraqlısı odur ki, bu qədim icmada küçə anlayışı olmayıb – evlərə damların üzərindən daxil olunurdu.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et