Bu gün:

Evə pişiyin girməsi təsadüfi deyil


Məşhur inanca görə, evə bir pişiyin girməsi təsadüf deyil. Gələcək üçün müxtəlif mənalar daşıyan mühüm əlamət hesab olunur.

Ənənəvi inanclara görə, çağırılmamış pişik evə müsbət enerji və qoruma gətirən bir elçidir. Evin sahibi pişiyə qapını bağlasa, bədbəxtlik gətirər. Əksinə, onu bəsləmək və sevgi göstərmək uzun illər davam edəcək bolluq və xoşbəxtlik gətirəcəyinə inanılır.

Xalq arasında ağ pişiyin evə, xüsusən də xəstəyə baş çəkməsi tez sağalmağa, müjdəli xəbərə işarə hesab olunur. Evdə birdən-birə görünən pişik, maddi vəziyyətin yaxşılaşacağına və tezliklə toy və ya uşaq doğulması kimi sevincli inkişafın baş verəcəyinə işarə olaraq şərh olunur. Hamilə bir pişikdən gələn ziyarət, ailəyə yeni bir üzvün qoşulacağına ümid verir.

Pişiyin rəngi də mənasını dəyişir

Qırmızı (narıncı) kürklü bir pişiyin gəlməsi maliyyə artımı və firavanlıq vəd edir.

Ağ pişik hər hansı bir işdə şanslı olacağınıza işarədir.

Qara pişiklər oğurluq və xəstəliklərdən qoruyur. Sağlamlıq və bolluq gətirəcəyinə inanılır.

Üçrəngli (tabby) pişiyin görünüşü xoşbəxtlik simvolu hesab olunur.

Mütəxəssislər xatırladırlar ki, belə xalq əlamətləri mədəni irsin tərkib hissəsidir, onlar təkzibolunmaz faktlar deyil, yaşlı nəsillərdən miras qalmış elementlərdir. Şərtləri nəzərə alaraq, şəfqət, mərhəmət və sağlam düşüncə ilə yanaşmaq, mömin və inanmayan hər kəsə sağlam düşüncə ilə hərəkət etmək imkanı verir.

Mənbə: Sözcü

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et