Sosial izolasiya mürəkkəb bir məsələdir və bu məsələnin açıq və sadə bir həlli yoxdur. Bu səbəbdən sosial işçilər digər peşəkarlarla əməkdaşlıq edərək sosial izolasiya dinamikasını araşdırmalı və effektiv həllər inkişaf etdirməlidirlər.

Sosial işçilər sosial izolasiya ilə necə mübarizə aparır?
Sosial izolasiya sadəcə sosial media istifadəsi ilə əlaqələndirilə bilməz. Bu problemin həlli üçün sosial işçilər digər peşəkarlarla əməkdaşlıq etməlidirlər. Məsələn, epidemioloqlar, bioloqlar, neyrobioloqlar və sağlamlıq xidməti tədqiqatçıları ilə birlikdə sosial izolasiya ilə bağlı araşdırmalar aparılmalı, risk altındakı əhali qrupları müəyyən edilməli və müxtəlif sahələrdəki ixtisaslara əsaslanan cəmiyyət müdaxilələri inkişaf etdirilməlidir. Sosial işçilər, həmçinin nəqliyyat maneələri və ya cəmiyyət əlaqələndiriciləri kimi sosial izolasiya ilə bağlı sahələri tədqiq etməlidirlər.
Sosial işçilərin rolu niyə vacibdir?
Sosial işçilər sosial izolasiya ilə mübarizə aparmaqda vacib bir rol oynayırlar, çünki onlar mənzil, nəqliyyat və cəmiyyət resursları ilə yaxından əlaqəlidirlər. Onlar, həmçinin fərdlərin mühitləri ilə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşmək üçün ekologiya və sistemlər perspektivini gətirirlər. Sosial işçilər insanlarla emosional əlaqə qurmaq üçün də təlim alırlar.
Sosial medianın yayılmasına baxmayaraq, onlayn əlaqənin həqiqətən qurulması çətin ola bilər. Sosial medianın böyüyən sosial izolasiya nisbətlərindəki rolu mürəkkəb olsa da, bir şey aydındır: Sosial işçilər cəmiyyətlərində həqiqi və şəxsən əlaqələri təşviq etmək və bu barədə maarifləndirmək üçün unikal bir mövqedədirlər.
Mənbə: Regis Collage Online
Tərcümə etdi: Arzu Qafarova
