Antropoloqlar insan cəmiyyətlərini və mədəni strukturları anlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Mədəni antropologiyada bu yanaşmalar gündəlik həyatdan tutmuş kollektiv rituallara qədər geniş sahələri əhatə edir.

Mədəni antropologiyanın əsas metodu olan iştirakçı müşahidə, tədqiqatçının cəmiyyətdə uzun müddət qalaraq onun bir hissəsinə çevrilməsini tələb edir. Bu üsul, mədəni təcrübələri yalnız xaricdən deyil, daxildən də yaşamağa imkan verir.
Digər mühüm üsul dərin müsahibələrdir. Bu yanaşma ilə antropoloqlar, fərdlərin həyat hekayələrini, dəyərlərini və inanclarını birbaşa öz sözləri ilə öyrənirlər. Müsahibələrdə açıq tipli suallar istifadə olunur ki, bu da fərdlərə öz hekayələrini yaratmağa imkan verir.
Bundan əlavə, etnoqrafik yazı mədəni antropologiyanın mühüm məhsulu kimi önə çıxır. Bu yazı tərzi tədqiqatçıya öz müşahidələrini, təhlillərini və şərhlərini vahid struktur daxilində təqdim etməyə imkan verir.
Son illərdə rəqəmsallaşmanın təsiri ilə vizual və rəqəmsal etnoqrafiya kimi üsullar da inkişaf etməyə başlayıb. Sosial medianın təhlili, rəqəmsal icma monitorinqi və onlayn söhbətlər mədəni dinamikaları anlamaq üçün yeni qapılar açır.
Mədəni antropologiya təkcə keçmişə deyil, həm də zamanın sürətlə dəyişən sosial quruluşuna işıq salmaq məqsədi daşıyır. Antropoloqların bu üsulları müxtəlif icmalar arasında anlaşmanın gücləndirilməsinə və mədəni müxtəlifliyə həssaslığın artmasına kömək edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
