Bu gün:

"Peron ailəsi" hadisəsi


Rhode Island, 1971 — Peron ailəsi yeni həyat qurmaq ümidi ilə Harrisville-dəki qədim bir fermaya köçür. Evdə qəribə hadisələr baş verir: qapılar öz-özünə bağlanırdı, əşyalar yer dəyişirdi, görünməyən varlıqlar hiss olunurdu. Ana Carolyn Perron gecələr oyananda qarşısında pis niyyətli bir qadının ruhunu gördüyünü deyirdi.

Warrenlar işə qarışır: Qorxunc hadisələr artdıqca, ailə kömək üçün tanınmış paranormal tədqiqatçılar Ed və Lorraine Warren ilə əlaqə saxlayır. Lorraine evin içində güclü bir qaranlıq enerji hiss edirdi. Araşdırmalar nəticəsində məlum olub ki, bu ev bir zamanlar Bathsheba Sherman adlı bir qadının lənətinə məruz qalıb. Bathsheba cadugərliklə məşğul olub, qaranlıq ayinlərdə yer alıb.


Warrenlar evdə ruhani təmizləmə ayini keçirir. O an Carolyn Perron özünə nəzarəti itirir və sərt şəkildə davranmağa başlayır. 


Bu hadisə 2013-cü ildə çəkilən The Conjuring filminə ilham verib.

Bəzi mütəxəssislər baş verənləri şübhə altına alsa da, Perron ailəsi üçün o ev qorxunun və naməlumun simvoluna çevirilib.



Mənbə: All That’s İnteresting

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et