"Görəsən, buna ehtiyac varmı?" Sizin belə düşünməyiniz çox normaldır. Amma əslində bu qərar onların sağlam və təhlükəsiz həyat sürmələri üçün böyük bir addımdır. Yalnız pişiyiniz üçün deyil, ətraf mühit üçün də müsbət nəticələr verir.
Dişi pişiklər qısırlaşdırılmasa, uşaqlıq yolu infeksiyaları və süd vəzi şişləri kimi ciddi xəstəliklərin inkişaf riski yüksəkdir.
Üstəlik, doğuş prosesi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər və balalara ötürülən xəstəliklər başqa təhlükələr yarada bilər.
Yadda saxlamaq lazımdır ki, hətta eyni ailədən olan pişiklər də cütləşə bilər və bu, genetik xəstəliklərə səbəb ola bilər. Sterilizasiya heyvan sığınacaqlarının həddindən artıq yüklənməsinin qarşısını almağın ən təsirli yoludur.
Əməliyyatdan sonra pişik eyni gün evə qayıda bilər və adətən bir neçə gün ərzində sağalır.
Bir sözlə, pişiyiniz tezliklə əvvəlki sevincini bərpa edəcək və daha sağlam həyat sürəcək. Biz həmçinin “Almayın, övladlığa götürün!” şüarı ilə məzmunumuzu dəstəkləyirik.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
