Zamanın yalnız irəli axması termodinamikada entropiyanın artması və kainatın qanunlarının qeyri-simmetrik olması ilə izah edilir.
Entropiya və irəli axan zaman
Zamanın irəli axmasının əsas izahı entropiya ilə bağlıdır. Entropiya sistemin nizamsızlığını ölçür və termodinamikanın ikinci qanununa görə hər zaman artır. Kainat "Böyük Partlayış"dan sonra getdikcə daha nizamsızlaşıb, bu da zamanın yalnız irəli axmasına səbəb olur. Entropiya azalmadığı üçün zamanın geriyə axması mümkün deyil.
Səbəb-nəticə əlaqəsi
Zamanın irəli axmasının digər bir səbəbi kainatdakı səbəb-nəticə əlaqəsidir. Həmişə səbəb əvvəl, nəticə sonra gəlir. Məsələn, stəkanı yerə atıb sındıranda əvvəlcə stəkan düşür, sonra sınır. Şüşənin əvvəlcə sınması və sonra yerə düşməsi mümkün deyil. Bu səbəb-nəticə əlaqəsi, zamanın yalnız irəli getməsini tələb edir.
Fiziki qanunlar və zamanın istiqaməti
Əksər fiziki qanunlar zamanın istiqamətinə fərq qoymur. Məsələn, Nyutonun hərəkət qanunları və elektromaqnit nəzəriyyələri zamanın irəli və ya geri axınında eyni şəkildə işləyir. Lakin, termodinamikanın ikinci qanunu və entropiyanın artması zamanın irəli getməsini müəyyən edən əsas qanunlardır. Buna görə də, zaman fiziki dünyada geriyə doğru getmir.
Zamanla səyahət etmək mümkündür mü?
Elmi fantastika filmlərində və romanlarında zaman səyahəti tez-tez müzakirə olunan bir mövzudur, amma indiki elmi anlayışa görə zaman yalnız irəli axır və keçmişə qayıtmaq mümkün deyil. Eynşteynin nisbilik nəzəriyyəsi zamanın sürətinin dəyişdiyi xüsusi hallar təklif etsə də, geriyə getmək hələ də nəzəri bir problem olaraq qalır.
Zamanın yalnız irəli getməsinin əsas səbəbləri entropiyanın artması, səbəb-nəticə əlaqələri və kainatın genişlənməsi kimi fiziki qanunlardır. Buna görə də, zamanın geriyə axması mümkün deyil. Hazırda zaman səyahəti yalnız elmi fantastika hekayələrində mövcud olsa da, bu mövzuda elmi mübahisələr də olduqca maraqlıdır!
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
