Kolumbiya Universitetində aparılan yeni araşdırmada məlum olub ki, arılar hava şəraitindəki dəyişiklikləri, xüsusilə fırtınanın yaxınlaşmasını qabaqcadan hiss edə bilir.
Tədqiqatçılar arıların uçuş sürəti, səs tezliyi və istiqamət dəyişmələrini qeydə alaraq bu nəticəyə gəliblər. Məlum olub ki, fırtına gəlməmişdən bir neçə saat əvvəl arıların davranışları nəzərə çarpacaq dərəcədə dəyişir onlar daha az uçur, səs çıxarmaları azalır və daha çox pətəyə çəkilirlər. Bu müşahidələr gələcəkdə kənd təsərrüfatında, xüsusilə ekoloji xəbərdarlıq sistemlərində yeni yanaşmaların yaranmasına səbəb ola bilər. Alimlər hesab edir ki, arıların bu təbii duyumu insanlara erkən xəbərdarlıq mexanizmi kimi faydalı ola bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
