Bu gün:

Met Gala biletlərinin qiyməti 75 min dollardır


Əyləncə dünyasının ən parlaq adları moda sahəsində ilin ən mühüm gecəsi olan Met Qalanın tədbirində kişi geyimlərini və qara üslubu qeyd etməyə hazırlaşır.

Pharrell Williams və Lewis Hamilton Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutu üçün vəsait toplayan builki tədbirin həmsədrləri arasında yer alır.

Nyu-Yorkda baş tutan illik qala mərasimi adətən kino, moda və musiqi dünyasının ən məşhur simalarını bir araya gətirir.

Bu il Met Qala-ın mövzusu nədir?

Met Qala-ın mövzusu adətən Kostyum İnstitutunun cari sərgisi ilə bağlı olur və bu ilki sərgi “Superfine: Tailoring Black Style” adlanır.

Sərgi Monica L. Millerin 2009-cu ildə nəşr olunan Slaves to Fashion: Black Dandyism and the "Styling of Black Diasporic Identity" adlı kitabından ilham alıb.

Bu ilki Met Qala-ın geyim kodu “Sizin üçün hazırlanmışdır” adlanır və sərgidə nümayiş olunan kostyum və kişi geyimlərinə birbaşa istinad edir. Əslində, bu, son 20 ildən artıq müddətdə yalnız kişi geyimlərinə fokuslanan ilk Met Qaladır.

Qala komitəsinin üzvü Usher bildirib: “Bu ilin mövzusu təkcə zamanında deyil, həm də daim geniş şəkildə qeyd olunmalı olan zəngin mədəniyyətimizdən bəhs edir”.

Qonaqlardan, xüsusilə də həm kişi, həm də qadın iştirakçılardan qara üslubun əsrlər boyu, əsasən də, kişi geyimlərində oynadığı rola çoxsaylı istinadlar gözlənilir.

Met bildirir ki, sərgi “18-ci əsrdən bu günə qədər qara üslubun mədəni və tarixi tədqiqini dandyizm prizmasından təqdim edir”.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et