Bu gün:

Moskva metro partlayışı


6 fevral 2004-cü ildə Moskva metrosunda Rusiya tarixindəki ən dağıdıcı terror aktlarından biri baş verib. Səhər saatlarında, təxminən 8:32-də, Zamoskvoretsk xətti üzrə “Avtozavodskaya” və “Paveletskaya” stansiyaları arasında ikinci vaqonun içində partlayış baş verib. Partlayıcı terroristin öz üzərinə bağlı olub.

Hücum nəticəsində 42 nəfər həyatını itirib, 250-dən çox insan yaralanıb. Partlayıcının gücü 2,9-dan 6,6 kilograma qədər TNT ekvivalentində idi. Partlayıcı cihaz, boltlar, dəmir bərkidiciləri və vida kimi təsirli elementlərlə dolu idi.


İstintaq nəticəsində terroristin şəxsiyyəti müəyyən olunub: o, Karaçayevskiy-Çərkəz respublikasıdan Anzor İcayevdir. O, terrorçu düşərgəsində təlim keçib. Terror hücumunun təşkilatçıları - Tambi Hübiyev, Murat Şavayev və Maksim Panarin daha sonra ömürlük həbs cəzasına məhkum ediliblər.


Vaqonda baş verən partlayışdan sonra, qatarın maşinisti Vladimir Qorelovun sürətli və operativ reaksiyası sayəsində daha çox qurbanın qarşısı alınıb. O və digər xilasetmə əməliyyatına qatılanlar dövlət mükafatları ilə təltif olunublar.


Bu faciəvi hadisədən sonra Moskva metrosunda təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib: videomüşahidə sistemləri, yoxlamalar və stansiyalarda təcili əlaqə vasitələri tətbiq olunub.




Mənbə: RIA Novosti

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et