Bu gün:

Cronobakter: Körpələri təhdid edən səssiz təhlükə


Dünyada körpə sağlamlığını təhdid edən bakteriya növlərindən biri olan Cronobakter xüsusilə toz halında uşaq qidalarında görünməsi ilə diqqət çəkir. Mütəxəssislər vurğulayırlar ki, bu bakteriya nadir olsa da, onun daşıdığı risk kifayət qədər ciddidir.

Cronobakter isti, quru mühitlərdə yaşaya bilən və çox vaxt torpaq, su və ev tozu kimi ətraf mühit mənbələrində tapıla bilən mikroorqanizmdir. Bununla belə, ən böyük təhlükə çirklənmiş körpə qidasının istehlakından irəli gəlir. Bu bakteriya yenidoğulmuşlarda və vaxtından əvvəl doğulmuş körpələrdə meningit, sepsis və nekrotizan enterokolit kimi ölümcül infeksiyalara səbəb ola bilər.


2022-ci ildə ABŞ-də körpə qidasında Cronobakterin aşkarlanması bütün dünyada böyük əks-səda doğurdu və bəzi məhsullar bazardan geri çağırıldı. Bu hadisə uşaq qidası istehsalında gigiyena qaydalarına riayət olunmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyub.


Səhiyyə mütəxəssisləri valideynlərdən uşaq qidası hazırlayarkən qaynar sudan istifadə etməyə, steril avadanlıqlardan istifadə etməyə və süni qidaları uzun müddət saxlamaqdan çəkinməyə çağırır. Qablaşdırmanın son istifadə tarixinə də diqqət yetirmək çox vacibdir.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et