Bu gün:

Sosial media yeniyetmələrə zərər və faydalar gətirir


Sosial medianın yeniyetmələrə zərərli təsiri olduğu artıq bir çox tədqiqatla təsdiqlənib. 

Meta şirkətinin apardığı daxili araşdırmalara əsasən, İnstagram platforması üç yeniyetmə qızdan birində bədən imicini mənfi təsirə məruz qoyur. Eyni zamanda, Snapchat platforması kibergüllələməyə qarşı yetərli tədbir görmədiyinə görə dəfələrlə məhkəməyə verilib.

ABŞ-nin keçmiş Baş Cərrahı da gənclərin sosial media istifadəsi ilə bağlı rəsmi xəbərdarlıq etmişdi. Lakin son hesabatlar sosial medianın yeniyetmələrə müəyyən müsbət təsirlər göstərə bildiyini də ortaya qoyur.

Pew Araşdırma Mərkəzi tərəfindən aparılan araşdırmaya əsasən, ABŞ-də yeniyetmələrin 74%-i sosial medianın onları dostları ilə daha yaxın hiss etdirdiyini bildirib. Eyni zamanda, 63% yeniyetmə onlayn platformaların öz yaradıcılıqlarını ifadə etməyə imkan yaratdığını qeyd edib.

Bununla belə, bu statistikalar hər zaman tam mənzərəni əks etdirmir. Yeniyetmələr sosial medianın dostluqlara müsbət təsir göstərdiyini düşünürlər, lakin 45%-i sosial medianın yuxularını pozduğunu, 40%-i isə məhsuldarlığına mənfi təsir etdiyini deyib.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et