Vətəni Egey və Aralıq dənizi bölgələri olan əncir isti və mülayim iqlim şəraitində məhsuldar şəkildə yetişdirilə bilən meyvələrdəndir.

Xüsusilə Aralıq dənizi iqlimi sürətli böyümə və keyfiyyətli istehsal baxımından əncirə böyük üstünlük verir. Torpaq selektivliyi aşağı olan bu meyvə növü ildən-ilə artan istehsal miqdarı ilə istehsalçıları sevindirir. Son illərdə müasir kənd təsərrüfatı texnikasının kənd təsərrüfatına inteqrasiyası həm istehsalın kəmiyyətində, həm də keyfiyyətində əhəmiyyətli artımlara səbəb olub. Bu inkişaflar sayəsində əncir becərilməsi yalnız ənənəvi üsullarla deyil, həm də davamlı və yüksək məhsuldar şəkildə həyata keçirilə bilər. Əncir tingləri yaşayış yerlərindən mümkün qədər uzaq ərazilərdə əkilməlidir. Ağaclar arasındakı məsafə məhsulun keyfiyyəti üçün vacibdir. Təəssüf ki, yetişdiricilərin etdiyi ümumi səhvlərdən biri ağacları çox sıx əkməkdir. Bu vəziyyət həm ağacın inkişafını məhdudlaşdırır, həm də meyvə keyfiyyətini aşağı salır. Əncir ağaclarının sağlam inkişafı üçün həftədə ən azı iki dəfə suvarılması və bol günəş işığı alması lazımdır.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Səmayə Səftərova
