Bu gün:

Balıqların da yaddaşı var


Uzun illər boyu cəmiyyət arasında balıqların yaddaşının sadəcə 3 saniyəlik olduğu deyilir. Bu fikir o qədər geniş yayılıb ki, filmlərə və animasiyalara belə sirayət edib. Lakin son elmi araşdırmalar bu fikrin əsassız olduğunu sübut edib. Məlum olub ki, bəzi balıq növləri hətta həftələrlə əvvəl baş vermiş hadisələri xatırlaya bilirlər.

Araşdırmalarda iştirak edən tədqiqatçılar qeyd edirlər ki, balıqlar yemək mənbələrini yadda saxlaya, əvvəlki təhlükəli sahələrdən uzaq durmağı öyrənə bilirlər. Bu onların düşünüləndən daha mürəkkəb davranış mexanizminə sahib olduqlarını göstərir. Beləliklə, “balıqların yaddaşı yoxdur” fikri sadəcə bir mifdir.

Mənbə: Today.com 

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et