Bu gün:

İtlər haqqında bilmədiyiniz maraqlı faktlar


İtlər min illərdir ki, insanın ən sadiq dostları sayılır. Amma bu sevimli dostlarla bağlı çox insanın bilmədiyi maraqlı məlumatlar hələ də mövcuddur.

1. Barmaq izləri burunlarında gizlənir:

İnsanların barmaq izləri kimi, itlərin burun izləri də tamamilə bənzərsizdir. Hər itin burun forması fərqli olduğu üçün onları tanımaqda istifadə edilə bilər.


2. Sizi yuxularında görə bilərlər:

İtlər də insanlar kimi yuxu görürlər. Yuxu zamanı ayaqlarının tərpənməsi və ya hürməyə bənzər səslər çıxarmaları bunun göstəricisidir. Araşdırmalara görə, itlərin yuxularında ən çox gördükləri şeylərdən biri də sahibləridir. 


3. Onların zaman qavrayışı siz düşündüyünüzdən də qabaqcıldır:

İtlər saatı oxumağı bacarmasalar da, gündəlik rutinləri mükəmməl şəkildə izləyirlər. Buna görə də, sahiblərinin evə gəldiklərini və ya yemək vaxtının yaxınlaşdığını heç bir çətinlik olmadan hiss edirlər.


4. Tər vəziləri pəncələrindədir:

İtlərin bədəninin əksər hissələri tərləmir. İstiləşdikdə isə soyumaq üçün nəfəs alırlar. Tər vəzləri yalnız pəncələrində mövcuddur. 


5. Maqnit kimi istiqamət tapa bilirlər:

Bəzi araşdırmalar göstərir ki, itlər Yerin maqnit sahəsini hiss edə bilir və bu hissdən yönlənmək üçün istifadə edirlər.


6. Onların iybilmə qabiliyyəti inanılmazdır:

İtlərin burunlarında təxminən 300 milyon qoxu reseptoru mövcuddur, halbuki insanlarda bu rəqəm yalnız 5 milyondur. Bu qeyri-adi qabiliyyətləri sayəsində, onlar narkotik maddə axtarışından tutmuş sağlamlıq diaqnozuna qədər bir çox sahədə istifadə edilə bilirlər.


7. Hətta gülə də bilirlər:

İtlər xoşbəxt olduqda, ağızlarını bir az açaraq və dillərini çıxararaq 'it təbəssümü' nümayiş etdirirlər. Bu davranış, çox vaxt sevgi və rahatlıq əlaməti hesab olunur. 


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et