Bu gün:

Pişiklər zəlzələləri əvvəlcədən hiss edə bilərmi?


Bir çox pişik sahibləri zəlzələ baş verməzdən əvvəl pişiklərinin dəli kimi qaçdığını görüblər. Bu cür görüntülər istər-istəməz insanda “Pişiklər zəlzələləri əvvəlcədən hiss edə bilirlərmi?” sualına səbəb olur. İnsanı sual üzərində düşünməyə vadar edir. Mövzu ilə bağlı çoxlu əfsanələr var, lakin elmi tərəfi bir az daha mürəkkəbdir. Bu sevimli canlılar təbiətin siqnallarını bizdən əvvəl həqiqətən qəbul edirmi, yoxsa biz onların qəribə davranışlarına sadəcə məna veririk?

 Pişiklərin zəlzələləri əvvəlcədən hiss edib-etməməsi elmi ictimaiyyətdə çox mübahisəlidir.

Bəzi tədqiqatlar bu fikri dəstəkləyir, digərləri isə tamamilə əksinədir. Sarsıntısından dərhal əvvəl pişiklərin qəflətən gizlənməyə başlaması və ya dəli kimi qaçması ilə bağlı çoxsaylı videolar və istifadəçi şərhləri var. Maraqlısı odur ki, bu davranışlar zəlzələdən dərhal əvvəl baş verir. 1900-cü ildə alman alimi Helmut Tributsch, pişiklərin yer qabığındakı hərəkət nəticəsində yaranan ionları aşkar edə bildiyini irəli sürüb. 

Bu fikir, əlbəttə ki, bir çox insanlar üçün hələ də sadəcə bir nəzəriyyədir. Bu yaxınlarda amerikalı geoloq Cim Berkland qəzet elanlarına əsaslanaraq iki Kaliforniya zəlzələsini düzgün proqnozlaşdırdığını iddia edib. İtaliyada davam edən başqa bir araşdırma hətta bəzi heyvanların zəlzələdən əvvəlki seysmik hərəkətləri hiss edə bildiyini göstərib.

Amerika Seysmoloji Cəmiyyəti kimi səlahiyyətlilər bütün bu nümunələrin sadəcə "təsadüflər" olduğunu iddia edirlər.

Onlara görə pişiklər bəzən qəribə davranır, bəzənsə zəlzələ baş verir. Bu iki hadisənin üst-üstə düşməsi elmi əlaqənin olması demək deyil. Bundan əlavə, tədqiqatlar pişiklərin bu davranışları nə qədər müddət əvvəl göstərdiyi və ya zəlzələnin episentrindən nə qədər uzaqda olduqları barədə ardıcıl məlumat verə bilməyib.

Bir sözlə, sabit bir nümunə yoxdur. Üstəlik, anormal davranışın tərifi olduqca qeyri-müəyyəndir, çünki pişiklər tez-tez belə davranırlar. Elmi ictimaiyyət təkrarlana bilən və ölçülə bilən dəlillər olmadan belə iddiaları qəbul etmir.

Bununla belə, onun bəzi xüsusiyyətləri bu nəzəriyyəni dəstəkləyə bilər.

Pişiklərin eşitmə diapazonu insanlardan daha genişdir. Onlar 64.000 Hz-ə qədər eşidə bilirlər ki, bu da yeraltı kiçik vibrasiyaları aşkar etmək üçün kifayətdir. Eyni zamanda pəncələrindəki sinir ucları və həssas bığları sayəsində ən kiçik titrəyişləri və hava axınlarının dəyişməsini belə aşkar edə bilirlər. Bu qabiliyyətlər balanslı yerişindən tutmuş qaçmağa qədər hər davranışa təsir göstərir. 

Belə olduğu halda, zəlzələdən əvvəl baş verə biləcək ən kiçik yer hərəkətlərini və ya dəyişiklikləri belə fərq etmələri ağlabatan görünmür. Ola bilsin ki, onların bəzən yaşadıqları qəfil çaxnaşma bizim belə təsbit edə bilmədiyimiz titrəmələrdən qaynaqlanır. Bəzi elm adamları maqnit sahələrindəki dəyişikliklərə və ya kiçik yer hərəkətlərinə çox həssas olduqlarını düşünürlər. Elm bu mövzuda hələ dəqiq bir nəticəyə gəlməsə də, bir çox pişik sahibinin " Qəribə davrandıqdan sonra zəlzələ oldu " deməsi insanları bu mövzuda inandırır.

Mənbə: Onedio

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et