Bu gün:

Əsl kimliyini gizləyərək yaşayan Cosef Mengele kim olub?


İkinci Dünya Müharibəsi zamanı, Osvensim (Auschwitz) həbs düşərgəsində məhbuslar üzərində ölümcül tibbi təcrübələr aparan Cosef Mengele müharibənin sonunda saxta kimliklə Cənubi Amerikaya qaçmağa müvəffəq olan cinayətkardır. 

O, Qırmızı Xaçın sənədlərini ələ keçirərək, İtaliyanın Trento şəhərindən "Qreqor Hellmut" adı altında Argentinaya köçüb. Lakin bu qaçış yalnız başlanğıc olub. Belə ki, 1956-cı ildə Argentina polisində yer alan bir hesabatda, Mengele öz saxta kimliyinin üzərində dəyişiklik edilməsini, yəni adının həqiqi adı ilə dəyişdirilməsini tələb edib. Bu tələb yerinə yetirildikdən sonra, Mengele artıq rəsmi olaraq öz orijinal adı ilə yaşayaraq, abort mütəxəssisi kimi çalışmağa başlayıb. 

Ancaq vəziyyətin daha da pisləşməsi, onun cinayətləri ilə bağlı müstəntiqlərin işə qarışması ilə ortaya çıxıb. Mossad, Yəhudi cinayətkarlarını tapmağa başladıqda Mengele üçün təhlükə yaranıb. Bu səbəbdən o, Argentinadan gizlənərək Braziliyaya qaçıb. Braziliyada uzun illər gizli şəkildə yaşayıb və orada qocalana qədər əsl kimliyini qorumağa müvəffəq olub. 

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et