Argentinada tapılan son fosillər 100 milyon il əvvəl yaşamış Pterodaustro guinazui haqqında yeni məlumatlar ortaya çıxarıb. Bu uzun dimdikli və fırçavari dişli uçan sürünənlərin flaminqolar kimi suyu süzərək qidalandığı düşünülür.

Tədqiqatçılara görə, Pterodaustro dişlərindəki sıx lifəbənzər strukturlar sayəsində plankton və kiçik xərçəngkimiləri sudan süzə bilirdi. Yeni fosillərdə aşkar olunan mədə daşları isə bu heyvanların qidanı üyütmək üçün qastrolitlərdən istifadə etdiyini göstərir.
Təxminən 2 metr qanad açıqlığı olan Pterodaustro, Pataqoniya bölgəsində, xüsusilə, dayaz şirin su gölləri ətrafında yaşayırdı. Yaxşı qorunan fosillər sayəsində elm adamları bu növün inkişaf mərhələlərini ətraflı şəkildə araşdıra bilirlər.
Buenos Ayres Universitetindən paleontoloq Dr. Lucia Herrera bildirib ki, Pterodaustro pterozavrların təkamülündə mühüm yer tutur və onun qidalanma uyğunlaşmaları müasir quşların mənşəyini anlamağa kömək edir.
Yeni tapıntıların pterozavrların müxtəlifliyi və qədim ekosistemlər barədə dərin anlayışlar verəcəyi gözlənilir. Araşdırma “Journal of Vertebrate Paleontology” jurnalında dərc olunub.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
