
Bu gün bir çox insanın vazkeçilməz halına gələn şokolad təkcə şirin yemək deyil, həm də əhvalımıza müsbət təsir göstərə bilər. Bəs, şokolad həqiqətənmi insanları daha xoşbəxt edir?
Alimlərin fikrincə, bu sualın cavabı əsasən bəlidir. Xüsusilə tünd şokolad feniletilamin, serotonin və teobromin kimi komponentlər sayəsində beyinə xoşbəxtlik siqnalları göndərir. Serotonin beyində "xoşbəxtlik hormonu" kimi tanınsa da, aşiq olduğumuz zaman ifraz etdiyimiz kimyəvi maddələrdən biri olaraq feniletilamin önə çıxır.
Bundan əlavə, araşdırmalar göstərir ki, şokolad yemək stress səviyyəsini azaldır və qısa müddətdə rahatlıq hissi yaradır. 2013-cü ildə edilən bir araşdırma, gündəlik az miqdarda tünd şokolad istehlak edən şəxslərin stress hormonlarının daha az olduğunu müşahidə edib.
Mütəxəssislər şokoladın xoşbəxtlik yaradan təsirindən faydalanmaq üçün orta miqdarda istehlakın zəruri olduğunu vurğulayırlar. Həddindən artıq şəkər və kalori qəbulu uzun müddətdə fiziki və ruhi sağlamlığa mənfi təsir göstərə bilər. Bu səbəblə xüsusilə tünd şokolad sağlam dozalarda istehlak edildikdə ən faydalı seçim olaraq önə çıxır.
Nəticə olaraq qeyd edək ki, şokolad təkcə dad duyğumuza deyil, həm də əhvalımıza müsbət təsir edən qidadır. Ancaq hər zövqdə olduğu kimi xoşbəxtliyin sirri tarazlıqda gizlidir.
Mənbə : Evrimağacı
Tərcümə etdi : Dilbər Paşazadə
