Bu gün:

Müasir dünyada artan cadugərlik həvəsi


Əsrlərdir əfsanələrlə bağlı olan cadugərlik bu gün yenidən populyarlaşır. Sosial medianın təsiri ilə qədim bütpərəst ayinlər, təbiətlə harmoniyada yaşamaq fəlsəfəsi və fərdi mənəvi axtarışlar gənclər arasında bu marağı artırır.

Türkiyədə də kristallar, tarot kartları, təbiət ritualları və astrologiya sahəsində fəaliyyət göstərən müasir cadugərlər ortaya çıxıb. Onlar qədim bilikləri günümüzə uyğunlaşdıraraq həm fərdi, həm də icma əsaslı fəaliyyət göstərirlər.

Antropoloq Dr. Selin Kaya qeyd edir ki, cadugərlik tarixən təbiətə hörmət və şəfa axtarışı ilə bağlı olub, bu gün isə şəxsi güclənmə və təbiətlə yenidən bağ qurmaq vasitəsi kimi şərh edilir.

Buna baxmayaraq, bəzi dini qurumlar cadugərliyə qarşı çıxsa da, akademiklər bu baxışın köhnəldiyini düşünürlər. Cadugərliyin artan populyarlığı Samhain və Beltane kimi festivalların qeyd olunmasında da özünü göstərir.

Özünü “şəhər cadugəri” adlandıran Ayşegül Dəmir deyir: “Bu, təkcə bir inanc deyil, həm də bir həyat sənətidir". 

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et