Münasibətlərdə səhv etməyən insan yoxdur. Ancaq elə səhvlər var ki, bunlar münasibətin sağlam şəkildə inkişaf etməsinə mane olur. Sizin də tez-tez bu səhvləri edib-etmədiyinizi bilmək istəyirsinizsə, gəlin birlikdə nəzər salaq.

Münasibətlərdə ən çox edilən səhvlərdən biri partnyoru daim tənqid etməkdir. Qarşı tərəfi davamlı tənqid etmək münasibətin strukturunu pozan davranışlardan biridir. Qarşı tərəfin səhvlərini axtarıb, bunu üzünə vurmaq bir müddət sonra partnyorun özünü yetərsiz hiss etməsinə səbəb ola bilər. Əgər bu tənqidlər konstruktiv olmaqdan çox mühakimə xarakterlidirsə, bu, daha da böyük bir problemə çevrilir.
Münasibətin daha sağlam olması üçün tərəflər duyğularını bir-biri ilə bölüşməlidir. Münasibəti güclü edən əsas amil tərəflərin qarşılıqlı duyğularını paylaşmasıdır. Lakin bir çox münasibətdə tərəflər duyğularını ifadə etməkdən çəkinir və bu da münasibətin təməlini sarsıdır. Qarşı tərəfin sizi başa düşməsini istəyirsinizsə, hisslərinizi açıq şəkildə ifadə etməlisiniz. Bu cür paylaşım ünsiyyəti gücləndirəcək və sizi bir-birinizə daha da yaxınlaşdıracaq.
Partnyorunuzu başqaları ilə müqayisə etmək böyük bir səhvdir. Partnyoru başqaları ilə və ya keçmiş münasibətlərdəki insanlarla müqayisə etmək münasibətə ciddi zərər verə bilər. Hər bir insanın fərqli xüsusiyyətlərə malik olduğunu qəbul etmək və bəyənmədiyiniz şeyləri düzgün şəkildə bildirmək daha doğrudur.
Problemlərdən qaçmaq çıxış yolu deyil. Münasibətlərdə tərəflər bəzən problemləri görməzlikdən gəlməyi seçirlər. Lakin həll olunmayan problemlər zamanla daha da böyüyə bilər. Bu səbəbdən ən kiçik narahatlığı belə açıq şəkildə danışmaq faydalıdır.
Zamanın olmaması partnyora vaxt ayırmamağa bəhanə deyil. Hər birimizin sıx iş qrafiki ola bilər, lakin bu, partnyoru laqeyd qoymaq üçün səbəb olmamalıdır. Münasibətdə olursunuzsa, qarşı tərəfə də lazımi vaxtı ayırmaq vacibdir. Əks halda, partnyorunuz özünü dəyərsiz hiss edə bilər.
Partnyorlar çox zaman üzr istəməkdən çəkinir. Münasibətlərdə kim səhv edirsə, üzr istəməlidir. Üzr istəmək, həm səhvin məsuliyyətini qəbul etmək, həm də qarşı tərəfi anlamaq deməkdir. Əgər tərəflər üzr istəməkdən yayınırsa, bu, münasibətin sağlam inkişafına mane olur.
Münasibətdə partnyoru dəyişməyə çalışmaq doğru deyil. Partnyoru olduğu kimi qəbul etməmək və dəyişdirməyə çalışmaq münasibətdə problem yaradır. Qarşı tərəfi olduğu kimi qəbul etmək və onu fərqli bir insana çevirməyə çalışmamaq daha sağlam münasibət qurmağa kömək edir.
Güvən münasibətin təməlidir. Güvən olmadan sağlam bir münasibətdən danışmaq mümkün deyil. Əgər daim etibarsızlıq hissi yaşayırsınızsa və bunu partnyorunuza yansıdırsa, bu münasibətə ciddi zərər verə bilər. Keçmiş travmaları və şəxsi qorxuları yeni münasibətə daşımamaq lazımdır.
Münasibətin ilk günlərindəki sürprizləri unutmamalısınız. Münasibətin ilk aylarında edilən kiçik sürprizlər və jestlər münasibəti canlandırır. Münasibət irəlilədikcə bu detalları davam etdirmək münasibəti daha canlı və maraqlı saxlayır.
Həddindən artıq qısqanclıq partnyoru boğur. Qısqanclıq təbii bir duyğudur, amma ifrata vardıqda münasibətə zərər verir. Partnyoru daim nəzarətdə saxlamaq, ona şəxsi məkan tanımamaq münasibətin pozulmasına səbəb ola bilər.
Münasibətdə özünüzə də zaman ayırmalısınız. Münasibət zamanı çox zaman öz ehtiyaclarımızı unuduruq və bütün diqqətimizi partnyora yönəldirik. Ancaq bu, nə sizin, nə də münasibətiniz üçün sağlam deyil. Özünüzə vaxt ayırmaq və fərdi ehtiyaclarınızı unutmamaq münasibətin davamlılığı üçün vacibdir.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
