Bu gün:

Şahzadə Endryu təcavüzdə ittiham edən Virciniya Giuffre ölü tapılıb


Britaniya şahzadəsi Endryu cinsi təcavüzdə ittiham edən hüquq müdafiəçisi Virciniya Giuffre Avstraliyadakı evində ölü tapılıb. NBC News ailəsinə istinadən xəbər verib ki, o intihar edib.

NBC News-un məlumatına görə, Giuffre Gingin qraflığında yaşayıb və 41 yaşında dünyasını dəyişib.


O, daha əvvəl maliyyəçi Jeffrey Epstein və Prince Endryuya qarşı iddialar irəli sürərək 2001-ci ildə 17 yaşında ikən dəfələrlə kral ailəsinin üzvü ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edib. 2021-ci ildə Giuffre Endryuya qarşı iddia qaldırıb. Daha sonra tərəflər məhkəməyə qədər razılaşma əldə ediblər: şahzadə təzminat ödəyib və zorakılıq qurbanlarını dəstəkləmək üçün xeyriyyə təşkilatına ianə edib. Ödənişin məbləği rəsmi olaraq açıqlanmayıb.


Məhkəmənin gedişində ona qarşı irəli sürülən ittihamları rədd edən şahzadə Endryu hərbi rütbələrindən məhrum edilib. O, həmçinin kral himayədarlıq vəzifələrindən istefa verib.


Virciniya Giuffre də Andrew ilə dostluq münasibəti saxlayan Epstein-in qurbanı olduğunu iddia edib. Maliyyəçi özü 2019-cu ildə cinsi alverə görə məhkəməni gözləyərkən kamerasında intihar edib.


Mənbə:snob.ru

Tərcümə etdi: Fatimə Umarbəy





Paylaş
Şərh əlavə et