ABŞ-dən olan 30 yaşlı Scale AI-nin həmtəsisçisi Lusi Quo dünyanın ən gənc qadın milyarderi olub. Bu barədə Forbes xəbər verib.
Lüsi Quonun sərvəti 1,25 milyard dollar olaraq qiymətləndirilir. İş qadını müğənni Teylor Svifti reytinqdə birinci pillədən aşağı salıb.
21 yaşlı Lusi Quo kompüter elmləri dərəcəsi ilə kollecdən ayrılıb və 19 yaşlı Alexander Wang ilə birlikdə Scale AI-ni qurub. O bu startapda məhsulun inkişafı və əməliyyatlarına rəhbərlik edib. 2018-ci ildə Quo CEO olan Wang ilə fikir ayrılıqlarına görə şirkəti tərk edib. Bununla belə, Lusi şirkətdəki payını saxlayıb, indi Scale AI səhmlərinin 5%-nə sahibdir.
Scale AI birjada bahalaşmaqda davam edir. Alexander Wang indi ən gənc milyarderdir. Onun sərvəti təxminən 3,6 milyard dollardır.
Scale AI-dan ayrıldıqdan sonra Lusi Quo erkən mərhələdə startaplara sərmayə qoymaq üçün vençur kapitalı firması "Backend Capital"ı təsis edib. 2020-ci ildə o, maliyyə proqram təminatı şirkəti olan Ramp-a sərmayə qoyub. 2022-ci ildə Go Patreon-a bənzər şəkildə işləyən Passes platformasını inkişaf etdirməyə başlayıb.
Mənbə:snob.ru
Tərcümə etdi: Fatimə Umarbəy
