Numerologiya – rəqəmlərlə reallıq arasında xüsusi bir əlaqənin mövcud olduğuna inanan ezoterik bir sistemdir. Bu anlayışın tərəfdarları inanır ki, xüsusi say hesablamaları və hesablama üsulları vasitəsilə gələcək hadisələr haqqında məlumat almaq mümkündür.

Numerologiyanın tarixi minlərlə il əvvəldən başlayıb. Onun yarandığı ilk yerlərdən biri Qədim Misir olub. Oranın sakinləri inanıb ki, rəqəmlər, əslində, Yer ilə tanrılar dünyası arasında bir bağdır və bu təsadüfi deyil, çünki məhz rəqəmlər və zamanı strukturlaşdırmaq cəhdləri təbii dövrləri – gecə və gündüzün, həmçinin fəsillərin dəyişməsini izah etməyə kömək edib.
Numerologiyanın əsas mahiyyəti rəqəmlərin mənalarını və onlar ilə hadisələr arasındakı qarşılıqlı əlaqələri anlamaqdır. Numerologiyada hesab edilir ki, bütün rəqəmlər müəyyən enerjiyə malik vibrasiyaya sahib olub və bu, insanlara və ətraf mühitə müxtəlif cür təsir göstərib.
Hər birimizin doğulduğumuz zaman müəyyən bir şəxsiyyət kodu yaranıb və bu kodun şifrəsini bilmək qərar verməyi və məqsədlərə çatmağı asanlaşdırıb. Bu kodu hesablamaqda, məsələn, insanın doğum tarixi kömək edə bilər.
Müasir dünyada istifadə olunan əsas numerologiya növləri:
1. Vedik sistem. 1-dən 9-a qədər olan rəqəmləri nəzərə alır, hər bir rəqəm Günəş sistemindəki bir planetə uyğun gəlib.
2. Pifaqor sistemi. Burada da eyni rəqəmlər mövcuddur, lakin hesablamalarda həmçinin həndəsədən də istifadə olunub.
3. Tale matrisi və ya taronumerologiya. Bu metodun əsasını 22 enerji təşkil edib, bunlar 22 böyük Taro arkanına uyğun gəlib.
4. Kvant numerologiyası. 1-dən 100-ə qədər bütün rəqəmləri nəzərə alıb, həmçinin dilin rəqəmlərlə ifadə olunmasına əsaslanıb. Hesablamalar əsasən insanın doğum tarixi və adı əsasında aparılıb.
Rəqəmlərin mənaları:
1. Birlik
Bu rəqəm güclü, özünə inamlı, iradəli və böyük ambisiyalara sahib şəxslərlə əlaqələndirilib. Belə insanlar işdən qorxmayıb, enerjili olduqları üçün rəqiblərini çox vaxt geridə qoyub. Verdikləri sözə sadiq qalıblar. Boş sözlərdənsə, hərəkətə üstünlük veriblər. Onlar parlaq liderlər olub, ətrafdakı adamlardan asılı olmayıb.
2. İki
Doğum tarixində bu rəqəmi olanlar təbiətcə ziddiyyətli olublar – çox vaxt onlarda tamam fərqli keyfiyyətlər birləşib. Lakin onlar dəyişən vəziyyətə mükəmməl şəkildə uyğunlaşıb. Hər zaman harmoniya və balans axtarışında olublar.
3. Üçlük
Numeroloqların fikrincə, belə insanlarda mənəvi prinsiplərin olmaması açıq şəkildə müşahidə olunub. Bundan başqa, onların xarakterində zəiflik olub: asanlıqla başqalarının təsiri altına düşüb, vəziyyətə uyğunlaşaraq fikirlərini tez-tez dəyişiblər. Onlar çox həssas, narahat və stresə qarşı çox həssas olublar.
4. Dördlük
Numerologiyada davamlılığın rəmzi olub. Bu insanlar daim öz fikrində qalmağı bacarıb, cəsarətli və dəqiq həyat prinsiplərinə sahib olublar. Onları nəyəsə inandırmaq demək olar ki, mümkün olmayıb. Hər bir vəziyyətdə onlara arxalanmaq mümkün olub, çünki heç vaxt məyus etməyiblər.
5. Beşlik
Qeyri-müəyyən və ikili bir rəqəm olub, numerologiyada dağıdıcı enerji ilə əlaqələndirilib. Həmçinin bu rəqəm risk və məsuliyyətin simvoludur, sahiblərindən yalnız öz ağlına və mühakiməsinə güvənməyi tələb edib. Bu cür insanlar təmkinli, tarazlı və səbirli xarakterə sahib olublar.
6. Altılıq
Bu rəqəm etibarlı və sabit hesab olunub, sahiblərinə öz ləyaqətinə və özünə inam hissi verib. Belə insanlar dəqiq biliblər nə istədiklərini və ona necə nail olacaqlarını. Yavaş, amma inamlı şəkildə hərəkət etməyə üstünlük veriblər: məqsədlərinə çatmaq üçün vaxt itirməkdən qorxmayıblar. Onları heç bir çətinlik və ya maneə qorxutmayıb.
7. Yeddilik
Numerologiyada bu sirli rəqəm olub və hər birimizin daxilindəki sirri əks etdirib. Yeddiliklər öyrənməyi sevib: onları yeni məlumatlar və biliklər cəlb edib, əks halda tez darıxıblar. Bu insanlar fədakar və zəhmətkeş olublar, ətrafdakılardan da eyni münasibəti gözləyiblər.
8. Səkkizlik
Maliyyə uğurunun simvolu olub. Belə insanlar həyatda çox şeyə nail ola biliblər, lakin yalnız zəhmət və əzm sayəsində. Onları güclü iradə və məqsədə çatmaq bacarığı fərqləndirib. Güclü xarakterlərinə görə rəqiblərlə asanlıqla mübarizə aparıblar.
9. Doqquzluq
Numerologiya tərəfdarlarına görə, doqquzluq çox inadkar, məqsədyönlü, ruhən güclü insan olub, ciddi qərarlar verməkdən qorxmayıb. Onlar asanlıqla uğur və ictimai tanınma əldə ediblər. Onları tez-tez yüksək vəzifələrdə görmək mümkündür.
Numerologiya bu gün çox populyardır, onun əsas məqsədi bu sahəyə müraciət edən insanların gündəlik həyatını yaxşılaşdırmaqdır. Ən çox verilən sorğulardan biri isə şəxsiyyətin təhlili ilə bağlı olub. İnsanların əksəriyyəti həyatdakı təyinatlarını tapmaq istəyiblər.
Rəqəmlər gələcək haqqında yox, bu gün haqqında olub. Onlar insanın özünü tanımasına, xarakterində gizli cəhətlərə diqqət yetirməsinə kömək edib və bu bilik sayəsində həyatını dəyişmək mümkün olub. Bu metodun effektivliyini sübut edən elmi tədqiqatlar isə hələ ki, mövcud deyil.
Mənbə: lenta.ru
Tərcümə etdi: Fatimə Kərimli
